İlham Əliyev Rusiyanın Sverdlovsk Vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

13 mart 2014, 17:30
İlham Əliyev Rusiyanın Sverdlovsk Vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev Rusiya Federasiyasının Sverdlovsk Vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Rusiya Federasiyasının Sverdlovsk Vilayəti ilə ölkəmiz arasında mövcud uzunmüddətli dostluq əlaqələrinə toxunan qubernator Yevgeni Kuyvaşev dedi: “Bu əlaqələrin əsası Azərbaycan xalqının ümummilli lideri, böyük şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulmuşdur”. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Sverdlovsk Vilayətinə səfərini və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin qeyd olunduğunu məmnunluqla xatırladı. Yevgeni Kuyvaşev Ural Federal Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasını əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirdi. Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini və Azərbaycan müəssisələri ilə uğurlu işbirliyi qurulduğunu vurğulayan Yevgeni Kuyvaşev ölkəmizlə Sverdlovsk Vilayəti arasında ticarət dövriyyəsinin artan templərlə genişləndiyini qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası və onun subyektləri arasında ticarət dövriyyəsinin yüksələn xətlə inkişaf etdiyini və bunun üçün bütün şəraitin yaradıldığını dedi. Prezident İlham Əliyev ölkələrimizin bütün məsələlərdə fəal əməkdaşlıq etdiyini vurğuladı. Dövlətimizin başçısı Sverdlovsk Vilayətində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə göstərilən böyük ehtirama görə minnətdarlığını ifadə etdi. Prezident İlham Əliyev Rusiya Federasiyasında yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan rusların ölkələrimizin inkişafına töhfə verdiklərini məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı Rusiya Federasiyasının Sverdlovsk Vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlığımızın gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını dedi. 

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 30 yanvar 2025
19:25
“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 118-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan...

30 yanvar 2025, 19:25
SƏNƏDLƏR Qanunlar 30 yanvar 2025
19:23
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan...

30 yanvar 2025, 19:23
SƏNƏDLƏR Sərəncamlar 29 yanvar 2025
10:30
“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası...

29 yanvar 2025, 10:30
SƏNƏDLƏR Fərmanlar 28 yanvar 2025
16:28
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 82-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr...

28 yanvar 2025, 16:28