29 noyabr 2010, 12:06

Şirinova Kenjegül Niyazovnadan, Bişkek, Qırğızıstan

Sizin ölkənizə, qonaqpərvərliyinizə və insanlarınıza heyranam. Bakını sevirəm, onun üçün darıxıram. Azərbaycan xalqı ilə birlikdə mən də Qarabağda müharibənin şahidi olmuşam. Bakıda axırıncı dəfə 1994-cü ildə, Yeni il ərəfəsində olmuşam. Bu təəssüratlar həmişəlik, ömrüm boyu mənimlə qalacaqdır, zaman onları silə bilməz. O vaxtdan Bakıda çox şey dəyişmişdir. Bu barədə televiziya və internetdən xəbər tuturam. Bakının günbəgün gözəlləşməsinə sevinirəm. Sizin dili bir qədər öyrənmişəm və demək istəyirəm: “Allah Sizi saxlasın, Sizə kömək olsun, Azərbaycan çox xoşbəxt olsun!”. 

Hörmətlə,

Şirinova Kenjegül Niyazovna

Qırğızıstan, Bişkek şəhəri, Çuy küçəsi