İlham Əliyev Rusiya Dövlət Duması sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

27 iyun 2014, 20:00
İlham Əliyev Rusiya Dövlət Duması sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini bildirən dövlətimizin başçısı son vaxtlar yüksək səviyyəli səfərlərin həyata keçirildiyini vurğulayaraq bu baxımdan Sergey Narışkinin başçılıq etdiyi nümayəndə heyətinin səfərinin mühüm əhəmiyyət daşıdığını söylədi. Müxtəlif səviyyəli qarşılıqlı səfərlərə toxunan dövlətimizin başçısı bunun ikitərəfli münasibətlərimizin bütün istiqamətlərində, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə yaxşı nəticələrin əldə olunması baxımından önəmini qeyd etdi. Bu günlərdə Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumunun keçirildiyini vurğulayan Prezident İlham Əliyev tədbirdə Rusiya Federasiyasının müxtəlif bölgələrini təmsil edən 300-dən artıq nümayəndənin iştirakının əhəmiyyətini vurğuladı.

Ölkələrimizin bütün sahələrdə səmərəli fəaliyyət həyata keçirdiyini deyən dövlətimizin başçısı bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Parlamentlərarası əlaqələrə toxunan Prezident İlham Əliyev ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etməsinin önəmini diqqətə çatdırdı. Dövlətimizin başçısı ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək 23-cü illik sessiyasının yaxşı nəticələr verəcəyinə ümidvar olduğunu bildirdi.

Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin qəbula və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Sergey Narışkin ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasının Bakıda keçirilməsindən məmnunluğunu qeyd etdi və sessiyada əhəmiyyətli müzakirələrin aparılacağına ümidvar olduğunu dedi. Rusiya Dövlət Dumasının sədri azərbaycanlı həmkarları ilə müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT Parlament Assambleyasında əlaqəli fəaliyyət göstərdiklərini vurğuladı. 

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 30 yanvar 2025
19:25
“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 118-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan...

30 yanvar 2025, 19:25
SƏNƏDLƏR Qanunlar 30 yanvar 2025
19:23
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan...

30 yanvar 2025, 19:23
SƏNƏDLƏR Sərəncamlar 29 yanvar 2025
10:30
“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası...

29 yanvar 2025, 10:30
SƏNƏDLƏR Fərmanlar 28 yanvar 2025
16:28
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 82-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr...

28 yanvar 2025, 16:28