İlham Əliyev İranın neft naziri Seyid Məsud Mirkaziminin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

12 yanvar 2011, 17:49
İlham Əliyev İranın neft naziri Seyid Məsud Mirkaziminin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev İran İslam Respublikasının neft naziri Seyid Məsud Mirkaziminin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

İki ölkə arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini xatırladan Prezident İlham Əliyev enerji sektorunda əlaqələrin böyük tarixinin olduğunu dedi. Dövlət başçısı əməkdaşlığın yeni sahələrinin müəyyən edilməsinin önəmini vurğulayaraq, hazırkı mərhələdə enerji sahəsində də əməkdaşlığın yeni imkanlarını araşdırmağın zəruriliyini söylədi və bunun üçün yaxşı potensialın olduğunu bildirdi. Prezident İlham Əliyev enerji sahəsində əlaqələrin genişləndirilməsi ilə bağlı artıq yüksək səviyyədə fikir mübadiləsinin aparıldığını qeyd etdi və razılaşdırılmış məsələlərin həyata keçirilməsinin vacibliyini vurğuladı.

Seyid Məsud Mirkazimi İran Prezidenti Mahmud Əhmədinejadın səmimi salamlarını dövlətimizin başçısına çatdırdı. İkitərəfli münasibətlərin, xüsusilə enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı ötən il dövlət başçılarının imzaladığı sənədin əhəmiyyətinə toxunan nazir Bakıya səfəri zamanı bu məsələ ilə bağlı müzakirələrin davam etdiriləcəyini dedi. Seyid Məsud Mirkazimi tarixən iki ölkə arasında əlaqələrin bütün sahələrdə, o cümlədən enerji sektorunda yaxşı səviyyədə olduğunu vurğuladı və bundan sonra da genişlənəcəyinə əminliyini bildirdi.

Dövlət başçısı İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirdi və özünün də səmimi salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş etdi. 

SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:10
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi...

11 fevral 2025, 16:10
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:08
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il dekabrın 21-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında...

11 fevral 2025, 16:08
SƏNƏDLƏR Sərəncamlar 11 fevral 2025
16:04
“Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28...

11 fevral 2025, 16:04
SƏNƏDLƏR Fərmanlar 07 fevral 2025
15:39
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” 2016-cı il 6 oktyabr tarixli 1066 nömrəli Fərmanında və “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” 1997-ci il 30 aprel tarixli 560 nömrəli, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan...

07 fevral 2025, 15:39
SƏNƏDLƏR Sərəncamlar 07 fevral 2025
15:37
A.R.Əliyevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin...

07 fevral 2025, 15:37