İlham Əliyev Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul etmişdir

22 yanvar 2011, 15:00
İlham Əliyev Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul etmişdir

Prezident İlham Əliyev Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul etmişdir.

Dövlət başçısı Rusiya Prezidenti Administrasiyası rəhbərinin ölkəmizdəki bütün görüşlərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirdi. Bu il Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq mərhələsində işləri daha da aktivləşdirməyin zəruriliyini vurğulayan Prezident İlham Əliyev Forumun yeni statusda keçiriləcəyini dedi. Bu tədbirlərin təkcə Rusiya-Azərbaycan deyil, həm də beynəlxalq xarakter daşıyacağını deyən dövlətimizin başçısı bu prosesin əsasının Azərbaycan və Rusiya tərəfindən qoyulduğunu, ölkələrimizin təsisçi və təşəbbüskar ölkələr olduğunu qeyd etdi. Azərbaycan ilə Rusiya arasında münasibətlərin geniş sahələri əhatə etdiyini deyən Prezident İlham Əliyev Rusiya Prezidenti Dmitri Medvedevlə görüşlərinin önəmini vurğuladı, bu görüşlərdə əlaqələrimizin inkişafı ilə bağlı bütün məsələlərin operativ və konstruktiv şəkildə həll edildiyini bildirdi. Prezident İlham Əliyev Rusiya Prezidentinin ölkəmizə son səfəri çərçivəsində bir sıra mühüm razılıqların əldə edildiyini dedi. Xəzəryanı ölkələrin Bakı sammitinin çox yüksək səviyyədə keçirildiyini deyən dövlətimizin başçısı regional məsələlərdə də ölkələrimiz arasında tam qarşılıqlı anlaşmanın olduğunu vurğuladı. Prezident İlham Əliyev Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinin ölkəmizə səfərinin 2011-ci ildə ikitərəfli münasibətlərimizin inkişafına öz töhfəsini verəcəyini dedi.

Sergey Narışkin Rusiya Prezidenti Dmitri Medvedevin salamlarını dövlətimizin başçısına çatdırdı. Ölkələrimiz arasında əməkdaşlığa toxunan Sergey Narışkin yüksək səviyyəli əməkdaşlığın iqtisadi və siyasi sahələrdə böyük perspektivə malik olduğunu dedi. Rusiya ilə Azərbaycan arasında humanitar sahədə də geniş proqramın həyata keçirildiyini bildirən Sergey Narışkin Azərbaycan Prezidentinin rəhbərliyi ilə keçirilən və artıq beynəlxalq Foruma çevrilən bu tədbirin nəinki ikitərəfli, hətta çoxtərəfli münasibətlərimizin formatında böyük hadisə olduğunu qeyd etdi.

Dövlət başçısı Rusiya Prezidenti Dmitri Medvedevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiyanın dövlət başçısına çatdırmağı xahiş etdi. 

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:10
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi...

11 fevral 2025, 16:10
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:08
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il dekabrın 21-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında...

11 fevral 2025, 16:08
SƏNƏDLƏR Sərəncamlar 11 fevral 2025
16:04
“Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28...

11 fevral 2025, 16:04
SƏNƏDLƏR Fərmanlar 07 fevral 2025
15:39
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” 2016-cı il 6 oktyabr tarixli 1066 nömrəli Fərmanında və “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” 1997-ci il 30 aprel tarixli 560 nömrəli, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan...

07 fevral 2025, 15:39
SƏNƏDLƏR Sərəncamlar 07 fevral 2025
15:37
A.R.Əliyevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin...

07 fevral 2025, 15:37