İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

08 may 2015, 12:45
İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Azərbaycan Hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı. İqtisadi sahədə əldə olunan nailiyyətlərə toxunan Prezident İlham Əliyev bildirdi ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər nəticəsində bu, Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyib. Dövlətimizin başçısı Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını dedi.

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti Azərbaycanın etibarlı tərəfdaş olduğunu və rəhbərlik etdiyi qurumun ölkəmizlə əməkdaşlığa böyük əhəmiyyət verdiyini dedi. Suma Çakrabarti Azərbaycanda həyata keçirilən layihələrdən məmnun olduğunu bildirdi. O, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən işlərin önəmini qeyd etdi.

Görüşdə ölkəmizlə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında enerji infrastrukturunun yaradılması, informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

SƏNƏDLƏR Fərmanlar 30 yanvar 2025
19:25
“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 118-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan...

30 yanvar 2025, 19:25
SƏNƏDLƏR Qanunlar 30 yanvar 2025
19:23
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan...

30 yanvar 2025, 19:23
SƏNƏDLƏR Sərəncamlar 29 yanvar 2025
10:30
“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası...

29 yanvar 2025, 10:30
SƏNƏDLƏR Fərmanlar 28 yanvar 2025
16:28
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 82-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr...

28 yanvar 2025, 16:28