14:00
İlham Əliyevin və Vyetnam Prezidenti Çıonq Tan Şanqın geniş tərkibdə görüşü olub
14 may 2015, 12:40
Prezident İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın geniş tərkibdə görüşü olub.
Dövlət başçıları görüşdə çıxış etdilər.
Prezident İlham ƏLİYEV dedi:
- Hörmətli cənab Prezident.
Hörmətli nümayəndə heyətinin üzvləri.
Sizi Azərbaycanda bir daha ürəkdən salamlayıram. Bir qədər əvvəl məhdud tərkibdə görüş keçirdik, ölkələrimiz arasında strateji əməkdaşlığın mühüm məsələlərini müzakirə etdik. İndi nümayəndə heyətinin bütün üzvlərinin iştirakı ilə dialoqumuzu davam etdirəcəyik.
Cənab Prezident, Sizin ölkəmizə səfərinizə çox böyük əhəmiyyət veririk. Vyetnam bizim üçün dost ölkədir və ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir. Əlbəttə, mən ötən il Sizin ölkəyə səfərimi həmişə xatırlayıram. Apardığımız danışıqlar və qəbul etdiyimiz qərarlar münasibətlərimizin uğurlu inkişafını təmin edir. Siyasi dialoqu, iqtisadi sahədə, energetika sahəsində əməkdaşlığı möhkəmləndirmək üçün çox yaxşı perspektivlərimiz var. Humanitar əməkdaşlıq da münasibətlərimizin formatının ayrılmaz tərkib hissəsidir. Əminəm ki, səfərin nəticələri çox uğurlu olacaq və əlaqələrimizin genişlənməsi üçün daha möhkəm zəmin yaradacaq. Cənab Prezident, Sizi və nümayəndə heyətinizin bütün üzvlərini bir daha salamlayıram.
X X X
Prezident Çıonq Tan ŞANQ dedi:
- Çox sağ olun, hörmətli cənab Prezident. Sizin ölkəmizə səfərinizdən düz bir il sonra Azərbaycana səfər edən Vyetnam nümayəndə heyətinə başçılıq etməyimə çox şadam. Bu, həm də onu göstərir ki, biz artıq ənənəvi dostlarımız, o cümlədən Azərbaycan ilə münasibətlərimizin inkişafına çox böyük əhəmiyyət veririk. İcazə verin, ilk növbədə, bizə göstərilən çox səmimi, təntənəli və qardaşcasına qəbula görə bütün nümayəndə heyətimizin adından Sizə minnətdarlığımı ifadə edim.
X X X
Söhbət zamanı Azərbaycanın sovetlər dövründə Vyetnama yardımı, xüsusilə neft-qaz sahəsində kadrların hazırlanmasında köməyi yüksək qiymətləndirildi, bu ənənələrin davam etdirilməsinin vacibliyi bildirildi. Beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlığın davam etdirildiyi vurğulandı, ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığı diqqətə çatdırıldı. Neft-qaz sahəsində əməkdaşlığın gözəl perspektivə malik olduğu bildirildi. Azərbaycanın şəhərsalma və infrastruktur sahəsində yaxşı təcrübəyə malik olması nəzərə alınaraq, şəhər tikintisi, infrastruktur və nəqliyyat sahələrində ölkəmizlə təcrübə mübadiləsinin aparılmasının önəmi qeyd edildi. Təhsil, kadr hazırlığı, tikinti, infrastruktur, humanitar, turizm, idman və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Bu sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulandı.
14:00
13:58
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda...
28 noyabr 2024, 13:5811:04
Hörmətli cənab Prezident,
Timor-Leste Demokratik Respublikasının milli bayramı – Müstəqilliyin Elan Edilməsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi çatdırıram.
Son dövrdə Azərbaycan ilə...
28 noyabr 2024, 11:0411:02
Hörmətli cənab Prezident,
Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
COP29-da iştirak etmək üçün...
28 noyabr 2024, 11:0211:00
Hörmətli cənab Prezident,
Albaniya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Xoş ənənələr...
28 noyabr 2024, 11:0015:35
PDF yükləyin
27 noyabr 2024, 15:3515:33
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7...
27 noyabr 2024, 15:3315:29
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci və 12-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa...
27 noyabr 2024, 15:2915:26
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azad Sevindik oğlu Novruzov Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilsin. ...
27 noyabr 2024, 15:2615:24
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilsin. ...
27 noyabr 2024, 15:2415:22
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Siyavuş Əşrəf oğlu Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilsin. ...
27 noyabr 2024, 15:2213:49
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...
26 noyabr 2024, 13:49