İlham Əliyev “Birlik” kubokunu qazanmış Bakının “İnter” klubunun futbolçularını qəbul etmişdir

14 fevral 2011, 16:00
İlham Əliyev “Birlik” kubokunu qazanmış Bakının “İnter” klubunun futbolçularını qəbul etmişdir

Prezident İlham Əliyev “Birlik” kubokunu qazanmış Bakının “İnter” klubunun futbolçularını və məşqçilərini qəbul etmişdir.

Prezident İlham ƏLİYEV “Birlik” kuboku yarışlarında qazanılmış qələbə münasibətilə futbolçuları, məşqçiləri və mütəxəssisləri təbrik edərək dedi:

-“İnter” komandasının bütün nümayəndələrini, bütün üzvlərini MDB-nin “Birlik” kuboku yarışlarında qazanılmış inamlı qələbə münasibətilə təbrik edirəm. Bu qələbə bütün Azərbaycan xalqını sevindirdi. Bu, artıq gözəl ənənədir. Bizim komandalarımız “Birlik” kuboku yarışlarında üçüncü dəfədir ki, birinciliyi əldə edirlər. 2006-cı ildə “Neftçi”, 2008-ci ildə “Xəzər-Lənkəran”, indi isə “İnter” komandası bu mötəbər yarışda qalib gəlmişdir. Bu, çox böyük qələbədir, çox böyük hadisədir. Bir daha sizi – futbolçuları, məşqçiləri, bütün idman mütəxəssislərini bu qələbə münasibətilə təbrik edirəm.

Yarışlar çox gərgin keçmişdir. Bizim komandamız altı oyunda qələbə qazanmışdır. Mənə verilən məlumata görə, 16 top vurmuş, öz qapısından isə bir top da buraxmamışdır. Bu, özlüyündə böyük bir göstəricidir.

Hər bir oyun çox vacib idi, amma sirr deyil ki, Azərbaycan azarkeşlərinin ən çox marağını cəlb edən Ermənistan komandası ilə olan oyun idi. Siz bu inamlı qələbə ilə bütün Azərbaycan xalqını sevindirmisiniz. Böyük üstünlüklə qalib gəlmiş, rəqib komandanı darmadağın etmisiniz.

Bir sözlə, bu qələbə onu göstərir ki, Azərbaycanda artıq futbolda böyük və inamlı addımlar atılır. Futbol inkişaf edir, həm milli komandamız rəsmi oyunlarda artıq qələbələrə qədəm qoyubdur, həm də klublarımız. Deyə bilərəm və siz də yaxşı bilirsiniz ki, klublarımız daha böyük qələbələr əldə edirlər.

Azərbaycan çempionatı da maraqlı keçir və ildən-ilə oyunlara maraq artır, komandalar güclənir. Ümid edirəm ki, yaxın gələcəkdə bizim komandalarımız daha böyük nailiyyətlərə çatacaqlar.

Azərbaycan azarkeşləri, əslində, idmançılarımızın qələbələrinə bir növ öyrəşmişlər. Müxtəlif idman növlərində bizim böyük nəticələrimiz var. Olimpiya, dünya, Avropa çempionlarımız var. Əlbəttə ki, futbolda əldə edilmiş qələbə xüsusi məna daşıyır.

Mən bu böyük qələbə münasibətilə sizin hamınızı bir daha təbrik edirəm. Komandaya yeni uğurlar arzulayıram. Əminəm ki, siz növbəti illərdə də Azərbaycan azarkeşlərini sevindirəcəksiniz.

Daha sonra Prezident İlham Əliyev Azərbaycan futbolunu dünya standartlarına çatdırmaq üçün hələ çox işlər görməyin vacibliyini vurğuladı, hazırda federasiyanın fəaliyyətinin gücləndiyini, klub və uşaq futboluna, futbol infrastrukturunun yaradılmasına diqqətin artırıldığını bildirdi.

Azərbaycanda qeyri-ənənəvi idman növlərinin də inkişaf etdirildiyini deyən Prezident İlham Əliyev futbolun ölkəmizdə həmişə sevildiyini vurğuladı. Azərbaycan komandasının hələ SSRİ dövründə ölkə çempionatında bürünc medal qazandığını xatırladan dövlətimizin başçısı müstəqillik illərində respublikamızın futbol klublarının bir çox yarışlarda iştirak etdiyini, qazanılan hər bir qələbənin hamımızı sevindirdiyini bildirdi.

Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, dövlətin dəstəyi və federasiyanın məqsədyönlü işi Azərbaycanda futbolun inkişafını daha da sürətləndirəcəkdir. Hazırda bir çox mütəxəssislərin Azərbaycan çempionatının səviyyəsinin yüksəldiyini vurğuladığını deyən Prezident İlham Əliyev komandalarımızın beynəlmiləl tərkibinin inkişafa xidmət etdiyini söylədi. Dövlətimizin başçısı dedi ki, Azərbaycanda bütün xalqların nümayəndələri həmişə dostluq şəraitində yaşamış və ölkəmizin inkişafına çalışmışlar.

“İnter” komandasının böyük gələcəyinin olduğunu deyən Prezident İlham Əliyev bir daha bildirdi ki, Azərbaycan dövləti gələcəkdə də futbolun inkişafına böyük diqqət yetirəcəkdir.

Dövlət başçısı bu sahədə infrastrukturun inkişafı, stadionların tikintisi ilə bağlı böyük planların olduğunu, bu il Azərbaycanda yeni futbol stadionunun inşasına başlanılacağını xatırlatdı.

“İnter” klubunun baş məşqçisi Kaxaber TSXADADZE Prezident İlham Əliyevi komandamızın “Birlik” kuboku yarışlarında qazanılmış qələbə münasibətilə təbrik edərək idmana, o cümlədən futbola göstərdiyi qayğıya görə minnətdarlığını bildirdi. O dedi ki, belə mötəbər yarışdakı qələbə “İnter”i daha da ruhlandırmışdır.

K.Tsxadadze son illərdə futbolun inkişafında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Peşəkar Futbol Liqasının rolunu vurğuladı və futbolçularımızın bundan sonra da mötəbər beynəlxalq turnirlərdə daha böyük uğurlar qazanmağa səy göstərəcəklərini bildirdi.

Komandanın oyunçusu Rövşən Əmiraslanov Azərbaycanda futbolun inkişafına hərtərəfli qayğısı və dəstəyinə görə Prezident İlham Əliyevə futbolçular, “İnter” klubu və futbol ictimaiyyəti adından minnətdarlığını bildirdi.

“İnter” klubunun prezidenti Georgi Nikolov “Birlik” kubokunu və medalını, üzərində “İnter” futbolçularının imzası olan topu, habelə komandanın futbol geyimini dövlətimizin başçısına hədiyyə etdi.

Hədiyyələrə görə təşəkkür edən Prezident İlham Əliyev futbolçuların fiziki hazırlıq səviyyəsini saxlamalarının vacibliyini, onların gələcəkdə də uğurlar qazanacağına əminliyini söylədi, “İnter” komandasını bir daha təbrik etdi.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev idmançılar və futbol ictimaiyyəti adından Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. 

Sonda xatirə şəkli çəkdirildi. 

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:10
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi...

11 fevral 2025, 16:10
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:08
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il dekabrın 21-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında...

11 fevral 2025, 16:08
SƏNƏDLƏR Sərəncamlar 11 fevral 2025
16:04
“Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28...

11 fevral 2025, 16:04
SƏNƏDLƏR Fərmanlar 07 fevral 2025
15:39
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” 2016-cı il 6 oktyabr tarixli 1066 nömrəli Fərmanında və “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” 1997-ci il 30 aprel tarixli 560 nömrəli, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan...

07 fevral 2025, 15:39
SƏNƏDLƏR Sərəncamlar 07 fevral 2025
15:37
A.R.Əliyevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin...

07 fevral 2025, 15:37