Dərbənd şəhərinin 2000 illiyinə həsr edilmiş təntənəli tədbirin iştirakçılarına

18 sentyabr 2015, 19:15

Hörmətli tədbir iştirakçıları!

Sizi, habelə qədim Dərbənd şəhərinin sakinlərini əlamətdar tarix – şəhərin əsasının qoyulmasının 2000 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Dərbənd şəhərinin - Böyük İpək Yolu üzərində yerləşən, həmişə sivilizasiyalararası dialoq məkanı olmuş, müxtəlif xalqların və etnik qrupların nümayəndələrinin daim səmimi bir ailə kimi yaşadığı bu iri yaşayış məntəqəsinin adına ən nüfuzlu tarixi mənbələrdə rast gəlirik. 

Ən qədim dövrlərdən Qafqazın Dəmir Qapısı kimi məşhur olan Dərbənd orada yaşayan çoxsaylı millətlərin və xalqların nümayəndələrinin sevgisini qazanıb. Bu şəhəri haqlı olaraq özlərinin vətəni sayan sakinlər ona xas olan çoxəsrlik multikultural ənənələri və tolerantlığı qoruyub saxlayırlar. Bizim tarixi yaddaşımızda alınmaz qala kimi iz qoymuş Dərbənd əsrlər boyu bu şəhərə gələnlərin hamısını öz möhtəşəmliyi ilə heyran edirdi. O, özünün bənzərsiz memarlıq nümunələri, mənəvi və mədəni sərvətləri ilə bu gün də bizi heyran qoyur, Dağıstanın sosial-iqtisadi həyatında mühüm rol oynamaqda davam edir. 

Azərbaycan Respublikası və Rusiya Federasiyası, Rusiya Federasiyasının Dağıstan Respublikası çox sıx iqtisadi, siyasi və mədəni əlaqə saxlayırlar. Bizim dostluğumuz çoxəsrlik tarixə malikdir. Hər iki ölkənin siyasi rəhbərliyi və vətəndaş cəmiyyəti təşkilatları həm Azərbaycanda, həm də Dağıstanda yaşayan, soy-kökləri eyni olan, eyni dinə etiqad bəsləyən, ortaq etnomədəni dəyərlərə, adət və ənənələrə malik olan xalqların qardaşcasına qarşılıqlı münasibətlərini daha da gücləndirməyə çalışırlar. 

Əziz dərbəndlilər, əziz dağıstanlılar!

Dərindən əmin olduğumu bildirirəm ki, Azərbaycan ilə Rusiya və Dağıstan Respublikası arasında münasibətlər bundan sonra da əcdadlarımızın bizə vəsiyyət etdikləri dostluq və qardaşlıq ruhunda inkişaf edəcək. 

Sizin hamınızı Dərbənd şəhərinin 2000 illiyi münasibətilə bir daha təbrik edirəm. Sizə sülh və firavanlıq, Dərbənd şəhərinin isə daha da çiçəklənməsini arzu edirəm.

Hörmətlə,

İlham Əliyev 

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 sentyabr 2015-ci il.

SƏNƏDLƏR Sərəncamlar 21 aprel 2025
16:40
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...

21 aprel 2025, 16:40
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2025
11:34
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan...

19 aprel 2025, 11:34
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2025
11:30
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 147-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

19 aprel 2025, 11:30
SƏNƏDLƏR Qanunlar 19 aprel 2025
11:28
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 6-cı bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda...

19 aprel 2025, 11:28
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2025
11:26
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 154-VIIQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7...

19 aprel 2025, 11:26