Dünya tarixçilərinin VIII beynəlxalq Atatürk konfransının iştirakçılarına

13 oktyabr 2015, 18:15

Hörmətli konfrans iştirakçıları!

Sizi səmimi qəlbdən salamlayır və növbəti toplantınızın işə başlaması münasibətilə təbrik edirəm.

Tarixçi alimlərin mötəbər məclisinin Gəncə şəhərində keçirilməsi ölkəmizin elmi və ictimai həyatında əlamətdar hadisə olmaqla yanaşı, həm də dərin rəmzi məna daşıyır. Hələ qədim və orta əsrlər dövründə iri ticarət və mədəniyyət mərkəzi kimi tanınmış, bəşər sivilizasiyasına Nizami, Məhsəti və digər görkəmli şəxsiyyətlər bəxş etmiş bu diyar bütövlükdə şərq-müsəlman intibahının əsas ocaqlarından biri sayılır.

Tarix elmi indiyə qədər böyük inkişaf yolu keçmiş, texniki nailiyyətlərin, texnoloji yeniliklərin tətbiqi sayəsində araşdırmaların kəmiyyət və keyfiyyət göstəriciləri xeyli yüksəlmişdir. Lakin bu elmin xalqlar və cəmiyyətlər qarşısındakı başlıca missiyası dəyişməz olaraq qalır: keçmişi yaşatmaqla bu günə və gələcək tərəqqiyə xidmət göstərmək. Yalnız obyektiv, qərəzsiz yazılan gerçək tarix bəşəriyyətin inkişafına dəyərli töhfə verə bilər. Gerçəkliyi üzə çıxarmağın səmərəli yollarından biri isə mütəxəssislərin iştirakı ilə keçirilən belə nüfuzlu elmi toplantılardır.

Konfransın region ölkələrinin XIX-XX əsr tarixinə həsr olunması həm də mühüm siyasi əhəmiyyətə malikdir. Belə ki, o dövrdə cərəyan etmiş proseslər xalqlarımızın taleyində dərin iz buraxmış, mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı təsirinin artmasına, milli şüurun formalaşmasına, dövlətçilik ənənələrinin yeni formada dirçəlməsinə şərait yaratmışdır.

Eyni zamanda tarixin bu mərhələsi böyük sarsıntılar, müstəmləkə işğalları, türk-müsəlman toplumlarına qarşı törədilən qırğınlar, deportasiya və etnik təmizləmələrlə yaddaşlarda qalmış, günümüzədək davam edən münaqişələr və digər faciəli hadisələrlə müşayiət olunmuşdur.

Həyat göstərir ki, tarixi həqiqətlərin gizlədilməsi və ya təhrif olunması, elmi araşdırmaların məhdud ideoloji çərçivələrə salınması, siyasi məqsədlərə və geosiyasi maraqlara tabe etdirilməsi acı nəticələrə gətirib çıxarır, xalqları çətin sınaqlarla üz-üzə qoyur. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş cinayətlərin yüzilliyin sonlarında yenidən və daha ağır formada təkrarlanması, Azərbaycan Respublikası ərazisinin 20 faizinin Ermənistan tərəfindən zəbt olunması, soydaşlarımızın deportasiyası, Xocalı soyqırımı kimi dəhşətli faciənin baş verməsinin əsas səbəblərindən biri də məhz tarixi hadisə və proseslərin obyektiv işıqlandırılmaması, onlara vaxtında adekvat qiymət verilməməsidir.

Təqdirəlayiq haldır ki, beynəlxalq Atatürk konfransı platformasında birləşən tarixçilər öz peşə borcuna böyük məsuliyyətlə yanaşaraq, keçmişi elmi prinsiplər əsasında araşdırmaq üçün gərgin əmək sərf edirlər. Əminəm ki, bugünkü toplantınızda dinlənəcək məruzə və çıxışlar, aparılacaq elmi müzakirələr həmin müsbət təcrübənin davamlı olduğunu bir daha təsdiqləyəcək, tariximizi daha yaxşı dərk etməyə və ondan ibrət dərsi götürməyə əlavə imkanlar yaradacaqdır.

Sizə çətin və şərəfli işinizdə yeni uğurlar arzulayıram.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 oktyabr 2015-ci il.

SƏNƏDLƏR Sərəncamlar 21 aprel 2025
16:40
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...

21 aprel 2025, 16:40
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2025
11:34
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan...

19 aprel 2025, 11:34
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2025
11:30
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 147-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

19 aprel 2025, 11:30
SƏNƏDLƏR Qanunlar 19 aprel 2025
11:28
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 6-cı bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda...

19 aprel 2025, 11:28
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2025
11:26
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 154-VIIQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7...

19 aprel 2025, 11:26