İlham Əliyev Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovu qəbul edib

22 oktyabr 2015, 13:30
İlham Əliyev Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovu qəbul edib

Prezident İlham Əliyev Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovu qəbul edib.

Dövlətimizin başçısı Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovun ölkəmizə səfərinin ənənəvi qardaşlıq əlaqələrinin müzakirəsi üçün yaxşı imkan yaratdığını vurğuladı. Ölkəmizlə Rusiya Federasiyası Dağıstan Respublikası arasında əlaqələrin region üçün, bütövlükdə Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından çox əhəmiyyətli olduğunu qeyd edən Prezident İlham Əliyev bildirdi ki, dövlətlərarası ikitərəfli münasibətlər möhkəmləndikcə, Azərbaycan-Dağıstan ənənəvi əlaqələri daha da güclənir. Ramazan Abdulatipovu və bütün dağıstanlıları Dərbənd şəhərinin iki min illik yubileyinin yüksək səviyyədə keçirilməsi münasibətilə təbrik edən dövlətimizin başçısı bunun region üçün çox böyük hadisə olduğunu dedi. Prezident İlham Əliyev yubiley tədbiri zamanı Azərbaycanla bağlı, xalqımızın ümummilli lideri ulu öndər Heydər Əliyev və görkəmli dövlət xadimi Əziz Əliyev haqqında dediyi səmimi sözlərə və Əziz Əliyevə Mahaçqala şəhərində abidə ucaldılmasına dair qəbul edilən qərara görə Ramazan Abdulatipova minnətdarlığını bildirdi.

Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iyunda ölkəmizə səfəri zamanı da bunu bir daha təsdiqlədiyini diqqətə çatdırdı. Dövlət başçıları arasında mütəmadi keçirilən yüksək səviyyəli görüşlərin önəmini qeyd edən Prezident İlham Əliyev bu yaxınlarda Vladimir Putinlə Qazaxıstanda görüşdüyünü məmnunluqla xatırladı və uğurla inkişaf edən Azərbaycan-Rusiya münasibətlərini regionda sabitliyin təminatı kimi dəyərləndirdi. Əməkdaşlıq potensialının genişləndirilməsi məsələsinə toxunan dövlətimizin başçısı Rusiya Federasiyasının regionları, xüsusilə Dağıstan Respublikası ilə əlaqələrin iqtisadi, investisiya qoyuluşu, humanitar və digər sahələrdə daha da inkişaf etdirilməsinin önəmini vurğuladı.

Azərbaycanla Rusiya Federasiyasının Dağıstan Respublikası arasında əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını vurğulayan Ramazan Abdulatipov bu əlaqələrin inkişafında Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında mövcud olan səmimi münasibətlərin əhəmiyyətini qeyd etdi. Dövlət başçılarının vaxtaşırı olaraq görüşdüklərini vurğulayan Ramazan Abdulatipov özünün Rusiya Prezidenti ilə görüşləri zamanı da Vladimir Putinin Azərbaycanla əlaqələrin inkişafı ilə hər dəfə yaxından maraqlandığını və ölkəmizlə ən xoş və fəal münasibətlərin genişləndirilməsi ilə bağlı tövsiyələr verdiyini dedi. O, Azərbaycanın müxtəlif regionları ilə də əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirdi.

Dərbənd şəhərinin iki min illik yubileyinə toxunan Ramazan Abdulatipov xalqlarımızın əsrlər boyu bir yerdə yaşadığını vurğulayaraq birgə tariximizin böyük əhəmiyyət daşıdığını dedi. Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Azərbaycan Prezidentinin göstərişi ilə Dərbənd şəhərində yüksək keyfiyyətlə həyata keçirilən abadlıq və quruculuq işlərinin də böyük razılıqla qarşılandığını bildirdi.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 06 fevral 2025
15:58
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

06 fevral 2025, 15:58
SƏNƏDLƏR Sərəncamlar 06 fevral 2025
15:52
S.R.Babayevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilsin.

İlham...

06 fevral 2025, 15:52
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
17:24
M.B.Babayevin Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                         

Muxtar Bahadur oğlu Babayev Azərbaycan...

05 fevral 2025, 17:24
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
17:22
M.B.Babayevin Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                                     

Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər...

05 fevral 2025, 17:22
SƏNƏDLƏR Fərmanlar 05 fevral 2025
15:58
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət Təşkilatları və Rəqəmsal Hökumət Bölməsi tərəfindən təmsil olunan Birləşmiş Millətlər Təşkilatı arasında Töhfə Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il noyabrın 11-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial...

05 fevral 2025, 15:58
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
15:54
Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardımlar göstərir.

Ukraynada yaranmış son vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna...

05 fevral 2025, 15:54