21 fevral 2011, 18:06

Ərrəhman İsman oğlu Nuruyevdən, Novosibirsk, Rusiya

Hər vaxtınız xeyir, hörmətli və sevimli Prezidentimiz!

Mən Rusiya Federasiyasının vətəndaşı olduğuma baxmayaraq, Azərbaycana ruhən və qəlbən bağlıyam. Çox təəssüf edirəm ki, öz Vətənimdə yaşamıram. Mən Sizin siyasi fəaliyyətinizi İntenet və peyk televiziyası vasitəsilə diqqətlə izləyirəm. Sizin əməyiniz və uğurlarınız kənardan da görünür. Biz Sizə çox təşəkkür edirik ki, öz atanızın yolunu davam etdirirsiniz. Əsas problemlərdən biri olan korrupsiyaya qarşı mübarizəyə başlamağınız məni çox sevindirdi. 

Bəlkə də bu məktub Sizə çatmayacaq, lakin mən səmimi-qəlbdən Sizə uzun ömür və sona qədər Azərbaycanı idarə etməyinizi arzulayıram, çünki bu işin öhdəsindən Sizdən daha yaxşı gələ biləcək başqa birisi çətin tapılar.

Nuruyev Ərrəhman İsman oğlu,
Rusiya, Novosibirsk şəhəri, Dzerjinski prospekti, 79.