İlham Əliyev Sloveniyanın müdafiə naziri xanım Lyubitsa Yeluşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

02 mart 2011, 17:40
İlham Əliyev Sloveniyanın müdafiə naziri xanım Lyubitsa Yeluşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev Sloveniyanın müdafiə naziri xanım Lyubitsa Yeluşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı ölkələrimiz arasına ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev qonağın ölkəmizə səfərinin qısamüddətli olmasına baxmayaraq, onun azərbaycanlı həmkarı ilə hərbi sahədə əməkdaşlığı müzakirə etmək üçün bu səfərin yaxşı imkan yaratdığını dedi. Sloveniyaya səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev dövlət başçıları arasında yaxşı əlaqələrin olduğunu vurğuladı, Sloveniya Prezidenti ilə mütəmadi görüşdüyünü, regional inkişaf və ikitərəfli əlaqələrlə bağlı mühüm məsələləri müzakirə etdiklərini bildirdi. Dövlətimizin başçısı Sloveniyanın müdafiə naziri xanım Lyubitsa Yeluşiçin Azərbaycana səfərinin məhsuldar və ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlıq imkanlarını araşdırmaq baxımından səmərəli olacağına əminliyini bildirdi.

Sloveniyanın müdafiə naziri xanım Lyubitsa Yeluşiç başçılıq etdiyi nümayəndə heyətinin bütün üzvlərinin Azərbaycana səfərdən və əməkdaşlığımızın inkişafı imkanlarını müzakirə etməkdən böyük məmnunluq hissi keçirdiklərini bildirdi. Sloveniyanın müdafiə naziri xanım Lyubitsa Yeluşiç ölkələrimizin müvafiq qurumlarının əlaqələrinin əsasında dövlət başçılarının yaxşı əməkdaşlığının və xalqlarımız arasında ümumi dəyərlərin durduğunu qeyd etdi.

Xanım Lyubitsa Yeluşiç nümayəndə heyətinin bu gün səhər Mehdi Hüseynzadənin abidəsini ziyarət etməsini xatırlatdı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:10
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi...

11 fevral 2025, 16:10
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:08
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il dekabrın 21-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında...

11 fevral 2025, 16:08
SƏNƏDLƏR Sərəncamlar 11 fevral 2025
16:04
“Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28...

11 fevral 2025, 16:04
SƏNƏDLƏR Fərmanlar 07 fevral 2025
15:39
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” 2016-cı il 6 oktyabr tarixli 1066 nömrəli Fərmanında və “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” 1997-ci il 30 aprel tarixli 560 nömrəli, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan...

07 fevral 2025, 15:39
SƏNƏDLƏR Sərəncamlar 07 fevral 2025
15:37
A.R.Əliyevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin...

07 fevral 2025, 15:37