Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri cənab Prezident,
Dekabrın 4-də Xəzər dənizinin “Günəşli” yatağındakı neft platformasında baş verən və ölkənizi matəmə qərq edən güclü yanğın nəticəsində insanların həyatını itirməsi Azərbaycanın Dostları Assosiasiyasının bütün üzvlərini və şəxsən məni çox kədərləndirdi.
Zati-aliləri, bu ağır günlərdə Sizinlə birgə olduğumuzu bildirir, həlak olanların ailələrinə başsağlığı verir və Sizə ən dərin hörmət hisslərimi ifadə edirəm.
Jan-Fransua Mansel
Parisdə Azərbaycanın Dostları Assosiasiyasının prezidenti