13:32
Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud ilə lanç əsnasında geniş tərkibdə görüşü olub.
12 fevral 2025, 13:32Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident,
Sizi doğum gününüz münasibətilə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) adından səmimi qəlbdən təbrik edirik.
Sizin Azərbaycan Respublikasını iqtisadi və sosial sahələri modernləşdirmək yolu ilə inamla irəliyə aparmaq siyasətinizi dəstəkləyir, Sizə bu yolda Qadir Allahdan uğurlar diləyirik.
Azərbaycanın hərtərəfli inkişafı, ordu quruculuğu, təhsil, idman və digər önəmli sahələrdə qazanılan uğurlar Sizin yorulmaz səylərinizin bəhrəsidir.
İki qardaş ölkə olan Azərbaycanın və Türkiyənin strateji tərəfdaşlıq münasibətlərinin inkişafına və möhkəmlənməsinə Siz xüsusi töhfə vermisiniz. Azərbaycan Türkiyə İş Adamları Birliyi olaraq Sizi əmin edirik ki, biz bu siyasəti daim dəstəkləyəcəyik.
Fürsətdən istifadə edərək, təşkilatımızın fəaliyyətinə verdiyiniz dəstəyə görə də Sizə bir daha təşəkkür edirik.
Bəşəriyyətə və ölkəyə xidmət edərək qədəm basdığınız bu yaşınızı bir daha ürəkdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik diləyir, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Dərin hörmətlə,
Cemal Yangın
ATİB İdarə Heyətinin sədri
Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud ilə lanç əsnasında geniş tərkibdə görüşü olub.
12 fevral 2025, 13:32Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 11 fevral tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sisteminin (bundan sonra – Sistem) fəaliyyətinin...
11 fevral 2025, 16:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi...
11 fevral 2025, 16:10Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2024-cü il dekabrın 21-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında...
11 fevral 2025, 16:08PDF yükləyin
11 fevral 2025, 16:06Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28...
11 fevral 2025, 16:04Möhtərəm Ayətullah Xameneyi həzrətləri,
İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün...
11 fevral 2025, 11:02