İlham Əliyev Tailandın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

10 mart 2011, 20:00
İlham Əliyev Tailandın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Tailand Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Arbhorn Manasvaniçin etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Xanım Arbhorn Manasvaniç etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Dövlət başçısı əminliklə bildirdi ki, ikitərəfli münasibətlərimizin inkişaf etdirilməsi üçün ölkələrimiz arasında daha sıx əməkdaşlığın həyata keçirilməsi zəruridir. Azərbaycan ilə Tailand Krallığı arasında siyasi əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev əməkdaşlığımızın müxtəlif istiqamətlərdə - iqtisadi, energetika, turizm və bir sıra digər sahələrdə genişləndirilməsi üzərində çalışmağın önəmini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan tərəfinin Tailandın daha çoxlu sayda şirkətlərinin ölkəmizə gəlməsinə maraqlı olduğunu dedi. Prezident İlham Əliyev ölkələrimizin iş adamları arasında bir-birini daha yaxşı tanımaq üçün qarşılıqlı maraqların olduğunu da qeyd etdi. Dövlətimizin başçısı xanım Arbhorn Manasvaniçin səfir kimi Azərbaycandakı fəaliyyətinin ikitərəfli əlaqələrimizin inkişafına töhfə verəcəyinə əminliyini bildirdi.

Səfir xanım Arbhorn Manasvaniç Tailand Kralı Bhumibol Adulyadejin salamlarını dövlətimizin başçısına çatdırdı.

Azərbaycan ilə Tailand arasında ikitərəfli əlaqələri inkişaf etdirmək üçün yaxşı potensialın olduğunu bildirən xanım Arbhorn Manasvaniç əməkdaşlıq imkanları ilə yaxından tanış olmaq və ticarət əlaqələrinin genişləndirilməsi üçün ölkəsini təmsil edən iş adamlarının özü ilə birgə Azərbaycana gəldiyini dedi. O, Azərbaycanda tailandlılardan ibarət kiçik bir icmanın yaşadığını da bildirdi.

Dövlət başçısı Kralı Bhumibol Adulyadejin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Tailandın dövlət başçısına çatdırmağı xahiş etdi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 07 fevral 2025
15:39
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” 2016-cı il 6 oktyabr tarixli 1066 nömrəli Fərmanında və “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” 1997-ci il 30 aprel tarixli 560 nömrəli, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan...

07 fevral 2025, 15:39
SƏNƏDLƏR Sərəncamlar 07 fevral 2025
15:37
A.R.Əliyevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin...

07 fevral 2025, 15:37
SƏNƏDLƏR Sərəncamlar 07 fevral 2025
15:35
A.R.Əliyevin Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini...

07 fevral 2025, 15:35
SƏNƏDLƏR Fərmanlar 07 fevral 2025
13:10
“Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                    

1. Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin Klinikası” publik hüquqi...

07 fevral 2025, 13:10
SƏNƏDLƏR Fərmanlar 06 fevral 2025
15:58
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

06 fevral 2025, 15:58