15:52
PDF yükləyin
10 fevral 2025, 15:52
Təkbətək görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Belarus Prezident Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur.
Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:
- Hörmətli Aleksandr Qriqoryeviç!
Hörmətli qonaqlar!
Sizi bir daha ürəkdən salamlamaq istəyirəm, Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər dövlətlərimiz arasında münasibətlərin daha fəal inkişafına xidmət edəcəkdir. Bizim münasibətlərimiz çox dinamik, müsbət inkişaf edir. Biz bir sıra müştərək layihələr üzərində işləyirik, özü də uğurla işləyirik. Nəzərdə tutduqlarımızın hamısını qısa müddətdə və keyfiyyətlə yerinə yetiririk. Buna görə də hesab edirəm ki, ölkəmizə Sizin səfəriniz ikitərəfli münasibətlərin inkişafına daha güclü təkan verəcəkdir. Çoxlu sənədlərin imzalanması planlaşdırılır, ölkələrimiz arasında hüquqi baza elə indi də kifayət qədər genişdir. Düşünürəm ki, nümayəndə heyətinin üzvləri də bu vaxtdan səmərəli istifadə edəcəklər. Mən bilirəm ki, ölkələrimizin hökumətlərinin üzvləri arasında fəal əlaqələr vardır. Bununla belə, həllini tələb edən məsələləri bir daha müzakirə etmək, məncə, faydalı olacaqdır. Düşünürəm ki, biz əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni yollar, yeni, çox perspektivli sahələr – energetika, kənd təsərrüfatı, tikinti, turizm, yüksək texnologiyalar sahələrində əməkdaşlıq üçün yollar müəyyən edəcəyik. Əminəm ki, nəticələr çox yaxşı olacaqdır.
Bu gün biz Sizinlə bərabər geniş gündəlikdəki ikitərəfli məsələləri, regional, beynəlxalq məsələləri artıq ətraflı nəzərdən keçirmişik. Bizim dostluğumuz, eləcə də münasibətlərimizin bu cür səmərəli və müsbət inkişaf etməsi məni çox sevindirir. Azərbaycanda Sizin gəlişinizə həmişə şadıq və mən əminəm ki, Sizin budəfəki səfəriniz uğurlu olacaq, yaxşı nəticələrlə yadda qalacaqdır. Bir daha xoş gəlmisiniz.
X X X
Belarus Prezidenti Aleksandr LUKAŞENKO səmimi qəbul üçün minnətdarlığını bildirərək dedi:
- Hörmətli İlham Heydər oğlu!
Əziz dostlar!
Əvvələn, mən hörmətli İlham Heydər oğlu, ölkənizdə bizim, o cümlədən həmkarlarımın da həmişə hiss etdiyimiz ənənəvi səmimi, dostcasına qəbula görə Sizə və bu müddətdə bizimlə işləyənlərin hamısına dərin təşəkkürümü bildirmək istəyirəm. Xalqlarımız arasında çoxillik sıx və mehriban əməkdaşlıq, qarşılıqlı yardım ənənələri indiki mürəkkəb şəraitdə, xüsusən son dövrlərdə nəinki davam edir, həm də getdikcə geniş vüsət alır. Bu gün ölkələrimiz dövlətçiliyin möhkəmləndirilməsi, öz qüdrətli dövlətinin yaradılması yolu ilə irəliləyirlər. Mən buraya son səfərimdən üç il sonra, burada, Bakıda və onun hüdudlarından kənarda baş verənləri gördükdə keçirdiyim hisslər barədə fikirlərimi, həsədimi gizlətmədən İlham Heydər oğluna demişəm. Hər yerdə tikinti gedir, kranlar işləyir. Xüsusən axşamlar, binalar işıqlandırılanda onların gözəlliyi diqqəti cəlb edir. Eyni zamanda, Sizin binalar bir-birindən gözəldir. Səmimi deyirəm, Sizin uğurlarınıza sevindim.
Siz bütün bu işləri yüksək bacarıqla görürsünüz. Mən İlham Heydər oğluna dedim ki, əgər ölkədə insanlar haqqında düşünən və öz xalqını sevən Prezident varsa, deməli, bu dövlətin perspektivləri çox böyükdür.
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirdi ki, dövlət başçıları və hökumətlər arasında olan fəal dialoqun nəticəsində son beş ildə iki ölkənin ticarət dövriyyəsinin həcmi bir neçə dəfə artmışdır. Bu sahədə potensialın daha böyük olduğunu deyən Belarus Prezidenti əlaqələrimizin müxtəlif istiqamətlərdə sürətlə inkişaf etdiyini və mühüm nəticələrin əldə olunduğunu bildirdi.
PDF yükləyin
10 fevral 2025, 15:52Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin ötən il dekabrın 25-də Qazaxıstan Respublikası ərazisində qəzaya uğraması və...
10 fevral 2025, 15:50Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan...
07 fevral 2025, 15:39Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin...
07 fevral 2025, 15:37Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini...
07 fevral 2025, 15:35Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin Klinikası” publik hüquqi...
07 fevral 2025, 13:10Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...
06 fevral 2025, 15:58Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan...
06 fevral 2025, 15:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının maliyyə naziri təyin...
06 fevral 2025, 15:54Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial...
06 fevral 2025, 15:52Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident İlham Əliyev.
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insanın...
05 fevral 2025, 19:12