İlham Əliyev Rusiyanın müdafiə naziri Anatoli Serdyukovu qəbul etmişdir

11 may 2010, 12:10
İlham Əliyev Rusiyanın müdafiə naziri Anatoli Serdyukovu qəbul etmişdir

Prezident İlham Əliyev Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukovu qəbul etmişdir.

Dövlət başçısı Moskvada 9 May münasibətilə keçirilən hərbi paradın yüksək səviyyədə təşkil olunması ilə bağlı Rusiyanın müdafiə naziri Anatoli Serdyukovu təbrik etmişdir. Prezident İlham Əliyev bayram mərasimində Azərbaycan zabitlərinin iştirakını  ölkələrimiz arasında dostluq münasibətlərinin rəmzi kimi qiymətləndirmişdir.

Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukov Moskvada keçirilən 9 May - Qələbə bayramının təşkili işinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlıq etmişdir.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində uğurla inkişaf etdiyi bildirilmiş və bu səfərin hərbi əməkdaşlıq əlaqələrinin genişlənməsi baxımından əhəmiyyəti qeyd olunmuşdur.

SƏNƏDLƏR Sərəncamlar 12 fevral 2025
18:12
E.Ş.Bağırovun Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elnur Şəmistan oğlu Bağırov Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin...

12 fevral 2025, 18:12
SƏNƏDLƏR Fərmanlar 12 fevral 2025
18:06
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Əsasnaməsi” təsdiq...

12 fevral 2025, 18:06
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:10
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi...

11 fevral 2025, 16:10