Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından Dağlıq Qarabağda dondurulmuş münaqişədə son hərbi gərginlik nəticəsində Azərbaycanın mülki əhalisinin və hərbçilərinin həyatlarını itirməsi ilə əlaqədar bizim dərin kədərimizi və başsağlığımızı qəbul etməyinizi xahiş edirik.
Biz beynəlxalq ictimaiyyətə qoşularaq 1994-cü ildən davam edən atəşkəsin pozulması ilə bağlı dərin üzüntümüzü və sarsıntımızı bildiririk və Azərbaycanı bütün mümkün tədbirləri görməklə hərbi gərginliyi aradan qaldırmağa çağırırıq. Hazırkı vəziyyət bütün regionun stabilliyinə təhlükə yaradır və arzuolunmaz üçüncü tərəfin münaqişəyə qarışması problemin davamlı təhlükəliliyini saxlayır.
Biz ATƏT və Minsk qrupunun üzvləri ilə bütün diplomatik vasitələrdən istifadə etməklə təcili olaraq atəşkəsə əməl etməyə və beynəlxalq səviyyədə hər bir vasitədən istifadə olunmaqla, Azərbaycanın ərazi bütövlüyünə yönələn gələcək hücumların qarşısının alınmasına çağırırıq.
Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh yolu ilə həll edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün vasitə olaraq qalır. Beynəlxalq hüququn kobud şəkildə pozulmasına baxmayaraq, Sizdən qəsdən törədilən, təhlükəli gərginlik yaratmaq üçün bəhanə kimi istifadə edilə bilən təxribatlara cavab verməməyinizi xahiş edirik.
Cənab Prezident, xahiş edirik kədərimizlə yanaşı, Sizə olan hörmətimizi və ehtiramlarımızı qəbul edəsiniz.
Hörmətlə,
Vayra Vike-Freyberqa
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,
1999-2007-ci illərdə Latviyanın Prezidenti
İsmail Serageldin
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,
Misirin İsgəndəriyyə Kitabxanasının direktoru
Peter Stoyanov
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə heyətinin üzvü
1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti
Boris Tadiç
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə heyətinin üzvü
2004-2012-ci illərdə Serbiyanın Prezidenti
Stepan Mesiç
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə heyətinin üzvü
2000-2010-cu illərdə Xorvatiyanın Prezidenti
Emil Konstantinesku
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə heyətinin üzvü
1996-2000-ci illərdə Rumıniyanın Prezidenti
Viktor Yuşenko
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü
2005-2010-cu illərdə Ukraynanın Prezidenti
Recep Meydani
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü
1997-2002-ci illərdə Albaniyanın Prezidenti.