İlham Əliyev Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

12 may 2016, 14:30
İlham Əliyev Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı ilk növbədə öz adından və bütün Azərbaycan xalqı adından görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin xatirəsinə şəxsən Ramazan Abdulatipov və qardaş Dağıstan xalqı tərəfindən göstərilən hörmətə görə minnətdarlığını bildirdi. Dünən Mahaçqala şəhərində Əziz Əliyevin abidəsinin təntənəli açılışını və bununla bağlı Dağıstan Respublikasının başçısının şəxsən qərar qəbul etməsini yüksək qiymətləndirən Prezident İlham Əliyev bu təntənəli mərasimdə ölkəmizin böyük nümayəndə heyətinin iştirak etdiyini vurğuladı. Dövlətimizin başçısı mərasimdə Ramazan Abdulatipovun çıxışı zamanı onun ulu öndər Heydər Əliyev, Əziz Əliyev və Azərbaycan Respublikasının Prezidenti haqqında dediyi xoş və səmimi sözlərə görə təşəkkürünü bildirdi. Əziz Əliyevin Azərbaycanın, Dağıstanın görkəmli dövlət xadimi olduğunu qeyd edən Prezident İlham Əliyev bir ölkə başçısı, eyni zamanda, Əziz Əliyevin nəvəsi kimi, dağıstanlıların onu daim yaddaşlarında saxlamalarının, xatirəsinə hörmətlə yanaşmalarının, Dağıstanın inkişafı və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndirmələrinin onun üçün ikiqat xoş olduğunu dedi. Prezident İlham Əliyev bu cür xoş ənənələrin bu gün Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin, o cümlədən Dağıstanla Azərbaycan Respublikasının əməkdaşlığının inkişafında önəmli faktorlardan biri olduğunu qeyd etdi.

Dağıstan Respublikası başçısının “Əziz Əliyev və Dağıstan” adlı kitaba müəlliflik etməsindən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev bu kitabın yazılmasına vaxt tapdığına və orada Əziz Əliyev haqqında ifadə olunan xoş sözlərə görə, Əziz Əliyevin Dağıstan və Azərbaycan qarşısındakı xidmətlərinin, Böyük Vətən Müharibəsi illərində göstərdiyi fəaliyyətin işıqlandırılmasına görə təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı vurğuladı ki, bu gün həm də Azərbaycanda Dağıstan mədəniyyət günləri başlanır və bu, bizim ölkəmiz üçün önəmli bir hadisədir. Dağıstan həmişə bizim üçün dərin tarixi tellərlə bir-birimizə bağlı olan qardaşlarımızın yaşadığı bir doğma diyar olub və olacaq. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanla Dağıstan arasında qardaşlıq telləri bu gün Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hər iki tərəfin strateji əlaqələr kimi xarakterizə etdiyi ikitərəfli münasibətlərin inkişafında önəmli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyev Ramazan Abdulatipovun rəhbərliyi ilə Dağıstanda bu gün həyata keçirilən inkişaf proseslərinin, mövcud sabit ictimai-siyasi vəziyyətin Azərbaycanda böyük məmnunluq hissi doğurduğunu qeyd etdi və əldə edilən böyük uğurlar münasibətilə təbriklərini çatdırdı.

Xoş sözlərdən məmnun olduğunu bildirən Ramazan Abdulatipov ilk növbədə Dağıstanla əməkdaşlıq məsələlərinə göstərdiyi diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi və dedi: “Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin əsası milli liderlərimiz Heydər Əliyev və Vladimir Putin tərəfindən qoyulmuşdur və Siz bu gün müasir Azərbaycanın rəhbəri kimi ölkələrimiz arasında strateji əməkdaşlığa əsaslanan münasibətlərimizin inkişaf etdirilməsi siyasətini davam etdirirsiniz. Vladimir Putin hələ 2001-ci ildə Rusiya-Azərbaycan münasibətlərinin əhəmiyyətini qeyd edərkən ölkələrimizin inkişafında regionlararası əməkdaşlığın rolunu vurğulamışdı. Mənim bu səfərim də həmin baxışlara əsaslanır və biz Azərbaycanla əməkdaşlığı inkişaf etdiririk. Biz dünən Rusiyanın, Sovetlər İttifaqının, Azərbaycanın və Dağıstanın böyük dövlət xadimi Əziz Əliyevin abidəsinin açılışını bayram etdik. Əziz Əliyev dəfələrlə demişdi ki, biz bir xalqıq və doğrudan da minillik tarixi əlaqələrimizin ümumi kökləri, çox yaxın mədəniyyətləri və ənənələri vardır. Bundan başqa, biz 200 ildən artıqdır ki, rus xalqı ilə bağlıyıq”.

Ramazan Abdulatipov Prezident İlham Əliyevlə əvvəlki görüşləri məmnunluqla xatırladaraq, dövlətimizin başçısının rus dili və mədəniyyəti haqqında söylədiyi dəyərli fikirlərin çox önəmli olduğunu bildirdi.

Görüş zamanı əməkdaşlığın müxtəlif sahələrdə perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:08
Azərbaycan Respublikası Prezidentinin “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” 2021-ci il 22 iyun tarixli 1375 nömrəli, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1756 nömrəli, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1757 nömrəli, “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2023-cü il 26 may tarixli 2151 nömrəli, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 1 aprel tarixli 25 nömrəli və “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 10 iyul tarixli 134 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

23 yanvar 2025, 19:08
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:06
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

23 yanvar 2025, 19:06
SƏNƏDLƏR Sərəncamlar 23 yanvar 2025
19:04
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti...

23 yanvar 2025, 19:04
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:02
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan...

23 yanvar 2025, 19:02