İlham Əliyev İranın kənd təsərrüfatı nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

15 may 2016, 14:50
İlham Əliyev İranın kənd təsərrüfatı nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccətinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafının razılıq doğurduğunu dedi. Azərbaycan ilə İranın dost, qardaş, qonşu ölkələr olduğunu vurğulayan Prezident İlham Əliyev hər iki ölkənin siyasi rəhbərliyinin İran-Azərbaycan əlaqələrinin daha da yüksək səviyyədə olması üçün çalışdıqlarını məmnunluqla qeyd etdi. Kənd təsərrüfatının ölkələrimiz üçün vacib sahələrdən biri olduğunu deyən dövlətimizin başçısı digər sahələrdə olduğu kimi bu sahədə də Azərbaycan-İran əməkdaşlığının yaxşı nəticələr verəcəyini əminliklə bildirdi. Prezident İlham Əliyev İranda kənd təsərrüfatı sahəsində çox böyük uğurların əldə edildiyini vurğulayaraq Azərbaycanda da bu sahənin daha da inkişaf etdirilməsi və ölkəmizin öz ərzaq təhlükəsizliyini təmin etməsi istiqamətində böyük işlərin görüldüyünü dedi.

Dövlət başçısı İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccətinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı əməkdaşlığımıza dair danışıqların səmərəli olacağına və birgə layihələrin icrası istiqamətində ciddi addımlar atılacağına ümidvar olduğunu bildirdi.

Nazir Mahmud Höccəti İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin səmimi salamlarını dövlətimizin başçısına çatdırdı. O, son vaxtlar ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərin İranda böyük məmnunluqla qarşılandığını dedi.

Görüşdə ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində investisiya qoyuluşu, birgə müəssisələrin yaradılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:08
Azərbaycan Respublikası Prezidentinin “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” 2021-ci il 22 iyun tarixli 1375 nömrəli, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1756 nömrəli, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1757 nömrəli, “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2023-cü il 26 may tarixli 2151 nömrəli, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 1 aprel tarixli 25 nömrəli və “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 10 iyul tarixli 134 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

23 yanvar 2025, 19:08
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:06
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

23 yanvar 2025, 19:06
SƏNƏDLƏR Sərəncamlar 23 yanvar 2025
19:04
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti...

23 yanvar 2025, 19:04
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:02
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan...

23 yanvar 2025, 19:02