Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Filippin Respublikası hökuməti və xalqı adından Zati-alinizi Milli Bayramınız münasibətilə təbrik edirəm.
Ümid edirəm ki, ikitərəfli əlaqələrimiz, xüsusilə siyasi, iqtisadi və mədəniyyət sahələrində genişlənən əməkdaşlıq xalqlarımız və beynəlxalq ictimaiyyət üçün əhəmiyyət kəsb edən məsələlərdə birgə səylərimiz vasitəsilə daha da möhkəmlənəcək.
Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqını sülh və tərəqqiyə aparmaq yolunda müvəffəqiyyət arzu edirəm.
Hörmətlə,
III Beniqno Akino
Filippin Respublikasının Prezidenti