Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Azərbaycan xalqını milli bayramınız - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasında çoxəsrlik dostluq münasibətləri ölkələrimiz və xalqlarımız naminə bundan sonra da durmadan möhkəmlənəcək.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və firavanlıq, qardaş Azərbaycan xalqına sülh və əmin-amanlıq diləyirəm.
Hörmətlə,
Almazbek Atambayev
Qırğız Respublikasının Prezidenti