Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə böyük məmnuniyyətlə Sizə və Azərbaycanın bütün dost xalqına səmimi təbriklərimi çatdırıram.
Tacikistan Azərbaycan ilə dostluq və çoxtərəfli qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir və bu münasibətləri bütün istiqamətlər üzrə möhkəmlətmək və inkişaf etdirmək əzmindədir.
Əmin olduğumu bildirirəm ki, biz ümumi səylərimiz sayəsində ölkələrimiz arasında qarşılıqlı əlaqələrin xalqlarımızın ümdə mənafelərinə uyğun, dinamik inkişafını təmin edəcəyik. Biz bunun üçün zəruri olan hər cür səy göstərmək əzmindəyik.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və yeni uğurlar, dost Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
Emoməli Rəhmon
Tacikistan Respublikasının Prezidenti