13:26
PDF yükləyin
16 yanvar 2025, 13:26Prezident İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Sankt-Peterburq şəhərində Prezident Vladimir Putin ilə görüşüb.
Rusiya Federasiyasının Prezidenti Vladimir PUTİN Azərbaycan dövlətinin başçısını salamlayaraq dedi:
-Hörmətli İlham Heydər oğlu.
Əziz dostlar.
İcazə verin, sizi Peterburqda salamlayım.
Bizim hansı problemlə bağlı toplaşmağımız yaxşı məlumdur. Bu, bizə çoxdan qalmış Qarabağ problemidir. Lakin mən bizim görüşümüzdən istifadə edib, ilk növbədə yenicə başa çatmış Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu fonunda ikitərəfli münasibətlərimiz barədə də danışmaq istərdim. Təəssüflə qeyd etmək istərdim ki, bizə məlum olan səbəblər üzündən həm keçən il, həm də bu il əmtəə dövriyyəsinin bir qədər azalmasını müşahidə edirik. Burada enerji daşıyıcılarının qiymətlərinin azalması da, valyutaların məzənnə fərqləri də təsir göstərir. Biz sizinlə səbəbləri bilirik.
Mən bizim bugünkü görüşümüzdən istifadə edərək həm bu barədə, həm də ikitərəfli görüşlərimizin məzmununu təşkil edən bütün məsələlər, o cümlədən humanitar aspektlər barədə danışmaq istərdim. Azərbaycanda rus dilinin öyrənilməsinə necə qayğı ilə yanaşıldığını, bizim ali məktəblərimizin filiallarının necə uğurla fəaliyyət göstərdiyini bilirik. Biz bütün bunları yüksək qiymətləndiririk. Ümidvaram ki, bu iş bütün istiqamətlər üzrə davam etdiriləcək.
Sizi görməyə çox şadam. Xoş gəlmisiniz.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV dedi:
-Sağ olun, hörmətli Vladimir Vladimiroviç.
Əvvələn, bizi növbəti dəfə Rusiyaya səfərə dəvət etdiyinizə görə Sizə təşəkkür etmək istəyirəm. Fürsətdən istifadə edib Sizi növbəti Peterburq Beynəlxalq İqtisadi Forumunun uğurla keçirilməsi münasibətilə də təbrik etmək istərdim. Builki Forum yubiley forumudur. Forum bu illər ərzində qlobal siyasət və iqtisadiyyat məsələlərinin müzakirəsi və həlli üçün ən mühüm məkanlardan birinə çevrilib. Azərbaycan Forumun işində fəal iştirak edib. Bizə xüsusilə xoşdur ki, Azərbaycanda Rusiya Bankı tərəfindən qismən maliyyələşdiriləcək iri energetika obyektinin yaradılması barədə sənəd Sizin iştirakınızla imzalanıb.
Əlbəttə, bugünkü əsas diskussiyanın mövzusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsidir. Mən bu görüşü keçirmək təşəbbüsünə və məsələnin həllində Rusiyanın oynadığı konstruktiv rola görə Sizə təşəkkür edirəm. Münaqişə uzanıb. Rusiyanın və ATƏT-in Minsk qrupunun digər həmsədrlərinin bəyan etdiyi kimi, status-kvo qəbuledilməzdir. Biz bu bəyanatı tamamilə dəstəkləyirik. Lakin status-kvonun dəyişməsi üçün 20 ildən artıq müddətdə Azərbaycanın işğal altında olan ərazisinin işğaldan azad edilməsi başlanmalıdır. Bu gün biz bu barədə ətraflı danışacağıq. Biz ümid edirik ki, son iki ildə praktiki olaraq aparılmayan danışıqlar prosesinə konstruktiv dinamika verməyə nail olacağıq.
Əlbəttə, bu görüş həm iqtisadi, həm də digər sahələrdə münasibətlərimizin geniş spektrini müzakirə etmək üçün yaxşı imkandır. Düşünürəm ki, əmtəə dövriyyəsinin azalması müvəqqəti haldır. Biz onun bərpa edilməsi və artırılması yollarını axtarırıq. Düşünürəm ki, belə də olacaq. Energetika sahəsində fəal qarşılıqlı əlaqələrimiz, nəqliyyat sahəsində əməkdaşlıqda yaxşı perspektivlər var. Humanitar mövzu həmişə xüsusi əhəmiyyət kəsb edib. Bu, xalqlarımızı bir-birinə yaxınlaşdıran mövzudur. Bunsuz münasibətlər qurmaq mümkün deyil. Bizim münasibətlərimizi həm Rusiya, həm də Azərbaycan strateji tərəfdaşlıq münasibətləri kimi səciyyələndirir.
Dəvətə görə bir daha təşəkkürümü bildirirəm və ümid edirəm ki, Sizi tezliklə Azərbaycanda görəcəyəm.
Vladimir Putin: Sağ olun.
PDF yükləyin
16 yanvar 2025, 13:26Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, “Rəqəmsal inkişaf sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli...
16 yanvar 2025, 13:24Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...
16 yanvar 2025, 13:22Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Keçən il dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində insanların həlak olması barədə...
15 yanvar 2025, 16:54Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Dost Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev.
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
“Azərbaycan Hava Yolları”...
15 yanvar 2025, 16:52Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin qəzaya uğraması...
15 yanvar 2025, 16:50Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 15 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” (bundan sonra – AZCON) idarəetməsinə verilmiş dövlət...
15 yanvar 2025, 16:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” Azərbaycan...
15 yanvar 2025, 16:39Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və...
15 yanvar 2025, 16:37Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 8-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 19 dekabr...
15 yanvar 2025, 16:35Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan...
15 yanvar 2025, 16:33