13:26
PDF yükləyin
16 yanvar 2025, 13:26Prezident İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
Rusiya xarici işlər nazirini salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Xoş gəlmisiniz, hörmətli Sergey Viktoroviç. Sizi yenidən Bakıda görməyimə çox şadam. Biz bu yaxınlarda Peterburqda görüşmüşdük. Buna qədər də görüşmüşdük. Mən keçmiş cədvələ baxdım, biz hər ay görüşmüşük: apreldə Bakıda, mayda Vyanada, keçən ay Sankt-Peterburqda, sonra yenidən Bakıda. Bu, bizim münasibətlərimizin necə inkişaf etdiyinin yaxşı göstəricisidir, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın necə səmərəli rol oynadığının göstəricisidir.
Biz Rusiya tərəfinin, şəxsən Prezidentin səylərini yüksək qiymətləndiririk. Mən həm Sizə, həm də Rusiya Prezidentinə Sankt-Peterburqda görüşün keçirilməsi təşəbbüsünə görə təşəkkürümü bildirmək istərdim. Biz bu görüşü çox səmərəli və müsbət görüş kimi qiymətləndiririk. Əlbəttə ki, son 3-4 ayda danışıqlar prosesində nəzərəçarpan müsbət dinamikanın davam edəcəyinə ümid bəsləyirik. Hesab edirəm ki, danışıqların bu dövrü ən dinamikdir və ümidvaram, həm də ən səmərəli olacaq. Sizin bu gün Bakıya, bundan əvvəl isə Yerevana səfəriniz bir daha sübut edir ki, Rusiya hər iki ölkənin dostu, qonşusu kimi münaqişənin nizamlanmasında maraqlıdır. Təbii ki, biz də maraqlıyıq, regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün münaqişənin tezliklə həllini istəyirik.
Həmçinin, əlbəttə ki, sizin səfəriniz ikitərəfli münasibətlərin gündəliyini müzakirə etmək üçün yaxşı imkandır. Keçən ay biz bu məsələləri Rusiya Prezidenti ilə müzakirə etmişdik. Elə bir mövzu tapmadıq ki, ani müdaxilə tələb etsin. Bizim əsas vəzifəmiz bütün istiqamətlər üzrə - həm siyasi, həm iqtisadi, nəqliyyat, energetika, humanitar əməkdaşlıq sahələrində münasibətləri möhkəmləndirməkdir. Biz dost və tərəfdaş kimi inamla irəliləyirik. Əminəm ki, sizin səfəriniz uğurlu olacaq və ölkələrimizin daha da yaxınlaşmasına təkan verəcək. Bir daha xoş gəlmisiniz.
X X X
Rusiyanın xarici işlər naziri Sergey LAVROV dedi:
-Çox sağ olun, hörmətli İlham Heydər oğlu. Gözəl Bakı şəhərində, ümumi Xəzər dənizimizin sahilində yenidən olmaq həqiqətən çox xoşdur. Həm də ki, sabah Xəzər beşliyi ölkələrinin xarici işlər nazirlərinin növbəti görüşü baş tutacaq. Həmkarım və dostumla, o cümlədən Bakıda keçirilmiş Sammitdə başlanan səyləri davam etdirəcəyik və nəticəyə nail olmağa çalışacağıq.
İlk növbədə Vladimir Vladimiroviç Putinin səmimi salamlarını çatdırmaq istərdim. O da Sizin kimi, Sankt-Peterburq görüşünü xoş sözlərlə xatırlayır. Orada siz həm ikitərəfli münasibətləri müzakirə etdiniz, həm də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli görüş keçirdiniz. Bizim ikitərəfli gündəliyimiz çox zəngindir. Siz indi bu haqda dediniz. İlin sonunadək hökumətlərarası ticari-iqtisadi komissiyanın iclası, Rusiya-Azərbaycan Regionlararası Forumu, Azərbaycan və Rusiya prezidentlərinin birgə himayəsi ilə keçirilən ənənəvi, V Bakı Beynəlxalq Humanitar Forumu nəzərdə tutulub. Sözsüz ki, Azərbaycanın xarici işlər nazirinə və mənə də hər halda indiki mərhələdə dövlət başçıları tərəfindən hər hansı bir müdaxilənin tələb olunmadığı barədə fikrinizi eşitmək bizə xoşdur.
Biz bütün istiqamətlərdə əməkdaşlığın inkişafında maraqlıyıq. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Rusiya tərəfinin təşəbbüsünə Sizin münasibətinizi yüksək qiymətləndiririk. Proses həqiqətən gedir və Prezident Putin Sankt-Peterburq görüşünün nəticəsindən razıdır. Sizin dediyiniz kimi, mən Prezidentin tapşırığı ilə hər iki ölkənin paytaxtına səfər etmişəm. Hesab edirəm ki, bugünkü görüş tamamilə konkret planda daha dəqiq addımları müəyyənləşdirməyə kömək edəcək. Qonaqpərvərliyə və xoş sözlərinizə görə bir daha çox sağ olun.
Prezident İlham Əliyev: Çox sağ olun. Mənim salamlarımı və ən xoş arzularımı Vladimir Vladimiroviçə çatdırın.
PDF yükləyin
16 yanvar 2025, 13:26Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, “Rəqəmsal inkişaf sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli...
16 yanvar 2025, 13:24Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...
16 yanvar 2025, 13:22Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Keçən il dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində insanların həlak olması barədə...
15 yanvar 2025, 16:54Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Dost Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev.
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
“Azərbaycan Hava Yolları”...
15 yanvar 2025, 16:52Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin qəzaya uğraması...
15 yanvar 2025, 16:50Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 15 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” (bundan sonra – AZCON) idarəetməsinə verilmiş dövlət...
15 yanvar 2025, 16:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” Azərbaycan...
15 yanvar 2025, 16:39Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və...
15 yanvar 2025, 16:37Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 8-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 19 dekabr...
15 yanvar 2025, 16:35Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan...
15 yanvar 2025, 16:33