İlham Əliyev Belarusun müdafiə nazirinin başcılıq etdiyi nümayəndə heyətini qəbul edib

26 sentyabr 2016, 17:35
İlham Əliyev Belarusun müdafiə nazirinin başcılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Belarus Respublikasının müdafiə naziri Andrey Ravkovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Belarus müdafiə nazirinin Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün böyük nümayəndə heyəti ilə Bakıya səfərinin önəmini vurğuladı. Ölkələrimiz arasında hərbi əməkdaşlığın bir çox illərdir ki, uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu sahədə əlaqələrimizin razılıq doğurduğunu bildirdi. Dövlətimizin başçısı bunu Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli etimadın göstəricisi, ölkələrimizin iqtisadi, siyasi, hərbi və digər sahələrdə çoxplanlı əməkdaşlığa əsaslanmasının yaxşı təzahürü kimi dəyərləndirdi. Son illər Belarusdan alınan texnikanın çox yüksək standartlara cavab verdiyini deyən dövlətimizin başçısı bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı da danışdıqlarını, azərbaycanlı mütəxəssislərin də bu texnikaların yüksək keyfiyyətindən və etibarlılığından razı qaldıqlarını qeyd etdi. Prezident İlham Əliyev bütün bunları Belarusun hərbi-texniki sahədə əldə etdiyi böyük uğurların göstəricisi kimi dəyərləndirdi. Ölkələrimiz arasında tarixən əlaqələrin mövcud olduğunu qeyd edən dövlətimizin başçısı əməkdaşlığımızın gələcək inkişafı üçün yaxşı perspektivlərin olduğunu vurğuladı. Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq müdafiə sərgisində Belarus hərbi texnikasının nümayiş etdirilməsinin ölkəmizin bu sahədəki yeniliklərlə tanış olması və birgə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından önəmini qeyd etdi. Belarus müdafiə nazirinin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət etdiyini deyən dövlətimizin başçısı səfərin əməkdaşlığımızın gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını söylədi.

Belarus Respublikasının müdafiə naziri Andrey Ravkov dedi: “Mən sizə - Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun böyük dostu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına salamlarını çatdırmaq istəyirəm”.

Belarus Respublikasının müdafiə naziri ölkəsinin Prezidentinin daim söylədiyi sözləri xatırlayaraq bildirdi ki, Azərbaycan Cənubi Qafqazda Belarusun güvəndiyi dost ölkədir, Belarus isə Azərbaycan üçün Avropanın mərkəzində etibarlı dost və dayaq ola biləcək ölkədir. Ölkəsinin çətin bir dövründə Azərbaycanın Belarusa dəstək verdiyini vurğulayan Andrey Ravkov buna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Ölkəmizə səfərinin Azərbaycan üçün əhəmiyyətli bir günə təsadüf etdiyini vurğulayan Andrey Ravkov keçirilən referendumu mühüm hadisə kimi dəyərləndirdi.

Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Belarus dövlətinin başçısına çatdırmağı xahiş etdi.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:08
Azərbaycan Respublikası Prezidentinin “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” 2021-ci il 22 iyun tarixli 1375 nömrəli, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1756 nömrəli, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1757 nömrəli, “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2023-cü il 26 may tarixli 2151 nömrəli, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 1 aprel tarixli 25 nömrəli və “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 10 iyul tarixli 134 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

23 yanvar 2025, 19:08
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:06
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

23 yanvar 2025, 19:06
SƏNƏDLƏR Sərəncamlar 23 yanvar 2025
19:04
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti...

23 yanvar 2025, 19:04
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:02
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan...

23 yanvar 2025, 19:02