İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektorunu qəbul edib

29 sentyabr 2016, 15:25
İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektorunu qəbul edib

Prezident İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunovu qəbul edib.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov Bakıya hər səfərinin, xüsusilə çoxlu sayda görkəmli insanların toplaşdığı V Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının onun üçün əlamətdar hadisə olduğunu vurğuladı. Prezident İlham Əliyevin Forumdakı nitqinə toxunan Anatoli Torkunov dövlətimizin başçısının bu çıxışında deyilən fikirlərin böyük əhəmiyyət daşıdığını və müzakirələrin daha maraqlı keçməsinə yaxşı imkan yaratdığını dedi. O, Forumun ayrı-ayrı plenar iclaslarında və “dəyirmi masa”larda aparılacaq müzakirələrin səmərəli olacağına əminliyini bildirdi. Anatoli Torkunov Rusiya nümayəndələrinin Bakı Beynəlxalq Humanitar Forumuna böyük maraq göstərdiklərini dedi.

Dövlət başçısı Bakı Beynəlxalq Humanitar Forumunda konkret məsələlər üzrə maraqlı müzakirələrin aparılmasından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev dünyanın elmi və siyasi elitasının bir məkana toplanması və dünyada humanitar sahədə mövcud olan boşluğun doldurulması baxımından Bakı Beynəlxalq Humanitar Forumunu nadir beynəlxalq tədbirlərdən biri kimi dəyərləndirdi. Avropada humanitar məsələlərə əsasən miqrantların problemi nöqteyi-nəzərindən baxıldığını vurğulayan Prezident İlham Əliyev bu problemləri doğuran səbəblərin müəyyənləşdirilməsinin və diqqətdə saxlanılmasının vacibliyini bildirdi. Dövlətimizin başçısı bu kimi məsələlərin açıq müzakirə edilməsi baxımından Bakı Beynəlxalq Humanitar Forumunun yaxşı imkan yaratdığını və cəlbedici olduğunu dedi. Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin hər il olduğu kimi bu il də Forum iştirakçılarına təbrik göndərməsinin vacibliyini xüsusi vurğulayaraq Azərbaycanın və Rusiyanın Bakı Beynəlxalq Humanitar Forumunun həmtəsisçiləri olduğunu məmnunluqla qeyd etdi.

Görüşdə Azərbaycan ilə Rusiya arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən elm və təhsil sahələrində uğurla inkişaf etdiyi bildirildi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə əməkdaşlığın bu işə böyük töhfə verdiyi qeyd olundu.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:08
Azərbaycan Respublikası Prezidentinin “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” 2021-ci il 22 iyun tarixli 1375 nömrəli, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1756 nömrəli, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1757 nömrəli, “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2023-cü il 26 may tarixli 2151 nömrəli, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 1 aprel tarixli 25 nömrəli və “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 10 iyul tarixli 134 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

23 yanvar 2025, 19:08
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:06
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

23 yanvar 2025, 19:06
SƏNƏDLƏR Sərəncamlar 23 yanvar 2025
19:04
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti...

23 yanvar 2025, 19:04
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:02
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan...

23 yanvar 2025, 19:02