16:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. On beş min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Əmirli–Xanağalı–Uğurbəyli və...
07 mart 2025, 16:00Prezident İlham Əliyev Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Said Xan Mohmandın etimadnaməsini qəbul edib.
Səfir Said Xan Mohmand fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Said Xan Mohmand etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlət başçısı Pakistan Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin Azərbaycana uğurlu rəsmi səfərlərini və bu səfərlər zamanı keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini və əməkdaşlığımızın ən yüksək səviyyədə olduğunu vurğuladı. Azərbaycan ilə Pakistan arasında ikitərəfli əlaqələrin, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin, qarşılıqlı dəstəyin məmnunluq doğurduğunu qeyd edən Prezident İlham Əliyev ölkəmizin Pakistan ilə qardaşlıq əlaqələrini bundan sonra da inkişaf etdirməkdə maraqlı olduğunu dedi.
Səfir Said Xan Mohmand Pakistan Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin ən xoş arzularını Prezident İlham Əliyevə çatdırdı. Said Xan Mohmand Pakistan xalqı tərəfindən Azərbaycanın inkişafının bir nümunə kimi qəbul olunduğunu bildirərək bu inkişafda ulu öndər Heydər Əliyevin müstəsna rolunu qeyd etdi və bu uğurlu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğuladı.
Səfir Said Xan Mohmand, həmçinin əminliyini ifadə etdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin daha da möhkəmləndirdiyi ikitərəfli münasibətlərimiz bundan sonra da inkişaf edəcək. Qarşılıqlı səfərlərə toxunan Said Xan Mohmand Pakistan Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin Azərbaycana səfərlərinin ikitərəfli əlaqələrimizin inkişafında xüsusi rolunu qeyd etdi.
Səfir Prezident İlham Əliyevin Pakistana səfərinin ölkəsində səbirsizliklə gözlənildiyini dedi.
Prezident İlham Əliyev Pakistan Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistan Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.
Görüşdə ölkələrimiz arasında iqtisadi, sərmayə qoyuluşu, idxal-ixrac və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. On beş min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Əmirli–Xanağalı–Uğurbəyli və...
07 mart 2025, 16:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın...
06 mart 2025, 16:30Hörmətli xanımlar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm. Hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı...
05 mart 2025, 18:05Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında”...
04 mart 2025, 15:58Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, iqlim dəyişikliyinə qarşı mübarizə və ekoloji dayanıqlılığın artırılması üçün ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin...
04 mart 2025, 15:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət...
04 mart 2025, 15:54