Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri cənab Prezident.
Monqolustan ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaq istəyirəm.
Əminəm ki, Monqolustan ilə Azərbaycan arasında dostluq əlaqələri və əməkdaşlıq nəinki ikitərəfli, eyni zamanda, beynəlxalq və regional səviyyələrdə genişlənəcək.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, əmin-amanlıq, dost Azərbaycan xalqına rifah arzulayıram.
Dərin hörmətlə,
Saxiaqiyn Elbeqdorj
Monqolustan Prezidenti