Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
İcazə verin, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və ölkənizin vətəndaşlarına səmimi təbriklərimi çatdırım. Mən şadam ki, Azərbaycan Respublikası ilə Çex Respublikası arasında ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edir.
Zati-aliləri, məsuliyyətli işinizdə Sizə müvəffəqiyyətlər diləyir, Azərbaycan Respublikasının vətəndaşlarına əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
Miloş Zeman
Çex Respublikasının Prezidenti