24 iyun 2017, 16:30

Xankişi Məmmədovdan, Lənkəran, Azərbaycan

Çox hörmətli Mehriban xanım,

Bizə göstərdiyiniz böyük qayğıya görə bütün ailə üzvlərimin adından Sizə dərin minnətdarlığımı bildirirəm. Mənim iki yaş yarımlıq nəvəm eşitmə qüsurlu olduğu üçün bununla bağlı Sizə müraciət etmişdim. Müraciətimə tez bir zamanda baxıldı və Sizin tapşırığınızla nəvəm eşitmə cihazı ilə təmin olundu.

Hörmətli Mehriban xanım, indiyədək Sizə necə sadiq idimsə, bundan sonra da o cür sadiq olacağam. Siz nəvəmi yenidən mənə qaytardınız.

Qoy, Uca Allah övladlarınıza uzun ömür və möhkəm cansağlığı versin. Biz Sizin xeyirxah əməllərinizi çox yüksək qiymətləndiririk və tutduğunuz yolda daim Sizinləyik.

Hörmətlə,

Məmmədov Xankişi.

Azərbaycan Respublikası, Lənkəran rayonu, Ürgə kəndi.