11 iyul 2017, 14:00
Asim Güləhmədov və Gülər Güləhmədovadan, Kürdəmir, Azərbaycan
Hörmətli Mehriban xanım,
Həm oğlumuzun, həm də qızımızın eşitmə qabiliyyətinin zəif olması bizi çox narahat edirdi. Onların heç birinə kömək edə bilmirdik. Əgər biri üçün nə isə edə bilsəydik də, o birini köməksiz qoymaq da valideyn kimi bizə ağır gələrdi. Belə çətin vəziyyətimizdə Siz bizə çox böyük yardım etdiniz. Eyni vaxtda onların hər ikisini eşitmə cihazları ilə təmin etdiniz. Sizin xeyirxahlığınız sayəsində indi hamımız sevinc içərisindəyik.
Sizə bütün ailəmiz adından minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı və xoşbəxtlik arzulayırıq.
Hörmətlə,
Güləhmədov Asim,
Güləhmədova Gülər.
Azərbaycan Respublikası, Kürdəmir rayonu, Öyləqulu kəndi.