İlham Əliyev Avstriyanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

22 iyun 2010, 15:40
İlham Əliyev Avstriyanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Silvia Mayer-Kaybiçin etimadnaməsini qəbul etmişdir.

Silvia Mayer-Kaybiç fəxri qarovul dəstəsinin qarşısından keçmişdir.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etmişdir. Sonra Prezident İlham Əliyev səfirlə söhbət etmişdir.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın bundan sonra da genişləndirilməsinin zəruriliyi vurğulanmışdır. Səfir qeyd etmişdir ki, ölkəsi ilə Azərbaycan arasında iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafı onun səfir kimi qarşısında duran ən əsas vəzifələrdəndir. Xanım Silvia Mayer-Kaybiç ölkəsinin Azərbaycanda səfirliyinin açılması üçün bütün lazımi tədbirlərin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 12 fevral 2025
18:12
E.Ş.Bağırovun Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elnur Şəmistan oğlu Bağırov Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin...

12 fevral 2025, 18:12
SƏNƏDLƏR Fərmanlar 12 fevral 2025
18:06
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Əsasnaməsi” təsdiq...

12 fevral 2025, 18:06
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:10
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi...

11 fevral 2025, 16:10