Azərbaycan və Fələstin prezidentlərinin mətbuat üçün bəyanatları

28 iyun 2011, 19:05

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Prezident,

Hörmətli qonaqlar, xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Sizin səfəriniz tarixi xarakter daşıyır. İlk dəfə olaraq Fələstin Dövlətinin Prezidenti Azərbaycana rəsmi səfərə gəlmişdir. Mən dəvətimi qəbul etdiyinizə və Azərbaycana gəldiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır.

Əlaqələrimiz inkişaf edir. Xalqlarımız arasında əlaqələrin böyük tarixi vardır. Əsrlər boyu xalqlarımız bir-birinə böyük rəğbətlə yanaşıbdır. Münasibətlərimizin indiki mərhələsində ikitərəfli əlaqələrin inkişafı üçün çox yaxşı imkanlar vardır. Biz istəyirik ki, bütün sahələrdə əlaqələrimiz inkişaf etsin və bu inkişaf hər bir istiqamətdə özünü göstərsin.

Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Sizin Azərbaycana səfəriniz bunun bariz nümunəsidir. Bir neçə ay bundan əvvəl Fələstin Dövlətinin Azərbaycandakı səfirliyi öz işinə başlamışdır. Bu da çox mühüm hadisədir. Əminəm ki, səfirliyin fəaliyyəti nəticəsində ikitərəfli əlaqələrimizin inkişafı üçün yeni imkanlar müəyyən ediləcəkdir.

Biz çox istəyirik ki, iqtisadi sahədə də yaxşı əməkdaşlıq edək və əminəm ki, səfər zamanı bu məsələlər də nəzərdən keçiriləcəkdir. Hesab edirəm ki, səfər zamanı iqtisadi əməkdaşlığın dərinləşməsi və investisiya qoyuluşunun təşkili üçün konkret təkliflər irəli sürüləcəkdir.

Humanitar sahədə əməkdaşlıq üçün yaxşı imkanlar vardır. Mədəniyyət sahəsində təbii ki, ənənəvi əlaqələrin yeni formaları haqqında düşünmək olar. Bir sözlə, hesab edirəm ki, Sizin səfəriniz zamanı ikitərəfli əlaqələrin bütün istiqamətləri müzakirə mövzusu olacaq və biz yaxşı nəticələrə nail olacağıq.

Bu gün biz, eyni zamanda, regional məsələlər və dünyada gedən proseslər haqqında fikir mübadiləsi apardıq. Sizinlə çox geniş şəkildə Fələstin-İsrail danışıqlarının indiki mərhələsi ilə əlaqədar fikir mübadiləsi apardıq. Bir daha demək istəyirəm ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarda Fələstin Dövlətini dəstəkləyir. İslam Konfransı Təşkilatında, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində aparılan bütün müzakirələr zamanı Azərbaycan Fələstinin yanındadır və bundan sonra da belə olacaqdır. Biz hesab edirik ki, tezliklə müstəqil, suveren Fələstin Dövləti yaradılmalıdır və onun paytaxtı Şərqi Qüds şəhəri olmalıdır. Bu, bizim mövqeyimizdir və bütün beynəlxalq təşkilatlarda biz bu mövqeyi müdafiə edirik, müdafiə edəcəyik. Bu, bir tərəfdən bizim qardaşlıq borcumuzdur, digər tərəfdən, bu mövqe beynəlxalq hüquq normaları əsasında formalaşıbdır. Dünya miqyasında Fələstin Dövlətinə verilən dəstək və bu dəstəyin artması onu göstərir ki, Sizin diplomatiyanız, siyasi təşəbbüsləriniz, şəxsən Sizin fəaliyyətiniz dünya miqyasında çox böyük rəğbətə malikdir.

Bu gün, eyni zamanda, regionda baş verən hadisələr haqqında fikir mübadiləsi apardıq. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son mərhələsi haqqında Sizə məlumat verdim. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü pozulubdur. Bir milyondan artıq qaçqınımız, köçkünümüz vardır. Torpaqlarımızın 20 faizi işğal altındadır. Azərbaycanlılar doğma torpaqlarında etnik təmizləmə siyasətinə məruz qalmışlar. İşğal edilmiş torpaqlarda bütün binalar dağıdılıb. Məktəblər, xəstəxanalar, muzeylər, tarixi abidələrimiz, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb.

Beynəlxalq aləm bizim mövqeyimizi dəstəkləyir. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası məsələ ilə bağlı dörd qətnamə qəbul etmişdir. Qətnamələrdə göstərilir ki, Ermənistanın işğalçı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər Ermənistan tərəfi bu qətnamələrə məhəl qoymur. Digər beynəlxalq təşkilatların mövqeyi də oxşardır. İslam Konfransı Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası, ATƏT buna oxşar qərar və qətnamələr qəbul etmişlər.

Beləliklə, məsələnin həlli üçün hüquqi əsaslar kifayət qədər möhkəmdir. Mən əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Biz istəyirik ki, bunu tezliklə və sülh yolu ilə həll edək.

Bir daha, cənab Prezident, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Bir daha qeyd etmək istəyirəm ki, biz bu səfərə çox böyük əhəmiyyət veririk. Bu səfər ölkələrimizin tarixində birinci səfər kimi qalacaqdır. Amma, əlbəttə ki, bundan sonra da səfərlər olmalıdır, həm nazirlər səviyyəsində, həm də biznes qurumları bir-biri ilə daha da yaxşı işləməlidirlər. Əminəm ki, biz Sizinlə bundan sonra görüşəcəyik.

Bir daha xoş gəlmisiniz.

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın bəyanatı

- Çox sağ olun, cənab Prezident İlham Əliyev! Təşəkkür edirəm!

Bu qardaş ölkənin ziyarətinə dəvət etdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm.

Hökumətinizə, xalqınıza, ölkənizə Fələstin probleminin həllinə, onun öz istiqlaliyyətini, azadlığını əldə etməsi və müstəqil dövlət yaratması üçün göstərdiyiniz dəstəyə, yardıma görə təşəkkür edirəm. Paytaxtı müqəddəs Qüds olan, o Qüds ki, biz onu İslamın üç müqəddəs yerlərindən biri hesab edirik. Onlardan birincisi - Qüds şəhəri, ikincisi - Mədinə, üçüncüsü - Məkkədir.

Cənab Prezident! Biz Sizin hökumətlə hazırda əlaqələrin qurulmasının başlanğıcındayıq. Bütün sahələrdə əməkdaşlığın qurulmasının başlanğıcındayıq. Ümid edirəm ki, gələcəkdə bu əlaqələri inkişaf etdirmək üçün Sizin yardımınızı görəcəyik.

Cənab Prezident, bizə göstərdiyiniz yardıma və Fələstin səfirliyi üçün binanın verilməsinə görə təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, səfirin özü üçün yaşayış binası və lazımi dəstəyə görə təşəkkürümü bildirirəm. Bunu biz özümüz də yüksək qiymətləndiririk, xalqımız da yüksək qiymətləndirir.

Biz Azərbaycan Respublikasına fəxrlə baxırıq. Bilirik ki, 1918-ci ildə ilk demokratik respublika burada qurulmuşdur. Bu, o deməkdir ki, Siz demokratiya yolunda yaşlılardan hesab olunursunuz, Siz başqalarına demokratiya öyrədirsiniz. Bu, böyük işdir. Eyni zamanda, bilirik ki, 1918-ci ildən etibarən Azərbaycan qadını səsvermə hüququna malikdir. Siz demokratiya yolu ilə irəliləyirsiniz. Bizim aramızda ümumi oxşarlıqlar vardır. Biz də, eyni zamanda, demokratiya yolu ilə gedirik. Bizdə də qadın səs verir, seçir və seçilir. Onlar hər yerdə öz layiqli yerlərini tuturlar, eyni zamanda, bələdiyyələrdə. Burada məqsəd odur ki, gender bərabərliyi təmin olunsun. Qadın hüququnun bərabərliyi məsələsində biz sizdən müəyyən dərəcədə öyrənirik.

Biz cənab Prezident ilə Fələstin məsələsini müzakirə etdik. Bu, siyasi məsələdir. Cənab Prezident ilə danışıqlar zamanı əmin etdim ki, birinci, ikinci və üçüncü yolumuz sülh yoludur, sülh danışığından keçir. Biz deyirik ki, bütün yollar sülhə aparır. Dünya bu məsələdə bizimlə razılaşır. Əgər İsrail hökuməti beynəlxalq səviyyədə 1967-ci il sərhədlərinə qayıtsa, biz onlarla sülhə gəlmək üçün danışıqlara getməyə hazırıq. Amma çox təəssüflər olsun ki, bunu bacarmadıq. Ona görə də dedik ki, gəlin BMT-yə müraciət edək. Qoy onlar bizə desin ki, 63 ildən artıq işğal altında yaşayan xalq nə etməlidir?! Biz ən azı istiqlaliyyət arzu edirik. Biz bu iş üzərində işləyirik. Əgər uğur qazanmasaq, onda BMT-yə müraciət edəcəyik.

Eyni zamanda, bizim daxili problemlərimiz də vardır. Amma biz bu məsələ üzərində işləyirik. Allahın köməyi ilə biz milli birlik haqqında sənəd imzalamışıq, bəzi addımlar atmışıq. Bu milli birlik sayəsində indi Fələstin hökumətinin yaradılması istiqamətində çalışırıq. Allahın köməyi ilə ən yaxın zamanda biz bu məsələdə məqsədlərimizə çatarıq.

Burada müştərək problemlər vardır. Sizdə də, bizdə də. Sizin də torpaqlarınız işğal altındadır. Sizdə də, bizdə də qaçqınlar vardır. Sizin haqqınızda BMT-nin məlum dörd qətnaməsi vardır - 822, 853, 874 və 884 saylı qətnamələr. BMT-nin bu dörd qətnaməsinin hamısı sülhə çağırır. Bizim haqqımızda isə BMT-nin 15 və daha artıq qərarı vardır. Bu qətnamələr də sülhə çağırır. Amma biz səbir edirik ki, bu problemlərə sülh vasitəsilə son qoyulsun. Biz bu sülhün səmərəsindən istifadə edə bilək.

Biz son vaxtlar Kazanda olan görüşü izlədik. Bu problemin həll olunması üçün Rusiya, Fransa və ABŞ-ın mövqeyini də izlədik. Bu da dünyanın bu problemə olan marağının göstəricisidir. Amma biz deyirik ki, bu problemləri bu gün həll etmək sabah həll etməkdən daha yaxşıdır. Ona görə də heç kim sabahkı həllə təminat verə bilməz. Arzu edirik ki, Dağlıq Qarabağ problemi, qaçqınlar problemi həll olunsun. Biz beynəlxalq qanunlardan artıq heç nə tələb etmirik. Bizim problemlərimiz müştərəkdir. Arzu edirik ki, onlar həll olunsun. Arzu edirik ki, sülh bu torpaqlarda bərqərar olsun. Dünya xalqları sülh və əmin-amanlıq şəraitində yaşasınlar.

Qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Ümid edirik ki, cənab Prezident onun üçün münasib olan vaxtda Fələstini ziyarət edəcəkdir. Arzu edirik ki, bu ziyarətlər, bu səfərlər təkrar olunsun.

Diqqətinizə görə təşəkkür edirik.

SƏNƏDLƏR Fərmanlar 19 dekabr 2024
17:20
Azərbaycan Respublikasında balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsi, o cümlədən məhsuldarlığın yüksəldilməsi, bu sahədə idarəetmə və nəzarət...

19 dekabr 2024, 17:20
SƏNƏDLƏR Fərmanlar 19 dekabr 2024
17:18
“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il iyunun 29-da Brüssel şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük...

19 dekabr 2024, 17:18
SƏNƏDLƏR Fərmanlar 19 dekabr 2024
17:16
“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 80-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”,...

19 dekabr 2024, 17:16
SƏNƏDLƏR Qanunlar 19 dekabr 2024
17:14
“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu...

19 dekabr 2024, 17:14
SƏNƏDLƏR Sərəncamlar 18 dekabr 2024
15:54
“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamında dəyişiklik edilməsi və “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Şahdəniz” qaz-kondensat...

18 dekabr 2024, 15:54
SƏNƏDLƏR Sərəncamlar 18 dekabr 2024
14:34
Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                    

1. Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə...

18 dekabr 2024, 14:34
SƏNƏDLƏR Fərmanlar 17 dekabr 2024
17:02
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759...

17 dekabr 2024, 17:02
SƏNƏDLƏR Fərmanlar 17 dekabr 2024
17:00
“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 sentyabr tarixli 1436 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı...

17 dekabr 2024, 17:00