Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbovdan

04 yanvar 2018, 17:15

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya

 

Cənab Prezident.

Hörmətli Mehriban xanım.

Mənim Avropa Gimnastika İttifaqının prezidenti seçilməyim münasibətilə səmimi təbrikinizə görə Sizə öz dərin minnətdarlığımı bildirirəm.

Bu gün idmanın inkişafı Azərbaycanın dövlət siyasətinin prioritetlərindəndir. Sizin idmana, o cümlədən gimnastikaya olan xüsusi diqqətiniz sayəsində idmançılarımız ən nüfuzlu beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə edirlər. Bütün bunlar Azərbaycan idmanında və ilk növbədə gimnastikada baş verən müsbət dəyişikliklərin məntiqi nəticəsidir.

Mehriban xanım Əliyevanın 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsi Azərbaycanın idman tarixində keyfiyyətcə yeni səhifənin açılmasına gətirib çıxardı. Qısa müddət ərzində gimnastika ölkəmizdə çox sevilən idman növünə çevrildi.

Son illər Azərbaycanda gimnastika növləri üzrə nüfuzlu beynəlxalq yarışların yüksək səviyyədə təşkil edilməsi, idmançılarımızın beynəlxalq arenada tanınması uğurlu idman siyasətinizin bəhrəsidir.

Bir daha təbrikinizə və fəaliyyətimə verdiyiniz yüksək qiymətə görə Sizə təşəkkür edirəm.

Hörmətlə,

Fərid Qayıbov

Avropa Gimnastika İttifaqının prezidenti

SƏNƏDLƏR Sərəncamlar 07 yanvar 2025
15:55
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının dövlət...

07 yanvar 2025, 15:55
SƏNƏDLƏR Fərmanlar 07 yanvar 2025
15:53
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 98-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 98-VIIQD...

07 yanvar 2025, 15:53