11:58
Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
20 fevral 2018, 18:32Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunəsi göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsini daha da gücləndirmək məqsədilə qərara alıram:
1. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən artırılaraq 1500 (min beş yüz) manat müəyyən edilsin.
2. “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 594; 2008, № 5, maddə 373; 2013, № 8, maddə 897; 2016, № 10, maddə 1627) 1-ci hissəsində “1300 (min üç yüz)” sözləri “1500 (min beş yüz)” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 fevral 2018-ci il.
11:58
11:45
19:22
Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Zati-aliləri cənab İlham Əliyev.
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
“Azərbaycan Hava Yolları”nın sərnişin təyyarəsinin Qazaxıstan ərazisində...
17 yanvar 2025, 19:2217:17
15:50
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, möhtərəm İlham Heydər oğlu.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olan Azərbaycan...
17 yanvar 2025, 15:5014:08
13:33
12:55
Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin dekabrın 25-də faciəvi şəkildə qəzaya uğraması və 38 nəfərin ölümü, 29 nəfərin yaralanması ilə...
17 yanvar 2025, 12:5513:26
PDF yükləyin
16 yanvar 2025, 13:2613:24
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, “Rəqəmsal inkişaf sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli...
16 yanvar 2025, 13:2413:22
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...
16 yanvar 2025, 13:2211:30