13 aprel 2018, 18:21
Sura Süleymanovadan, Gəncə, Azərbaycan
Hörmətli Mehriban xanım.
Bu ilin yanvar ayında Sizə ünvanladığım müraciətdə bədbəxt hadisə nəticəsində ağır zədə aldığım barədə məlumat vermiş və əməliyyat edilməyim üçün kömək göstərilməsini xahiş etmişdim.
Sizin diqqət və qayğınız sayəsində uğurla əməliyyat olundum. Hazırda özümü yaxşı hiss edirəm.
Hörmətli Mehriban xanım, bizə - şəhid ailələrinə göstərdiyiniz qayğıya görə Sizə dərin təşəkkürümü bildirir, cənab Prezident İlham Əliyevə, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı arzu edirəm.
Dərin hörmətlə,
Süleymanova Sura İsmayıl qızı.
Azərbaycan Respublikası, Gəncə şəhəri.