Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Bu xoş fürsətdən istifadə edərək Azərbaycan ilə Yaponiya arasında mövcud olan səmimi ikitərəfli əlaqələrin möhkəmləndirilməsində böyük səylərinizi vurğulamaq istərdim.
Sizə möhkəm cansağlığı və Azərbaycan Respublikasının daha da inkişaf etdirilməsi istiqamətində ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.
Hörmətlə,
Koişiro Matsuura
UNESCO-nun sabiq baş direktoru