Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırır, işlərinizdə uğurlar diləyirəm.
Əminəm ki, bu ali vəzifəyə yenidən seçilməyiniz ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin inkişafına təkan verərək, dost ölkələrimizin və xalqlarımızın müştərək mənafeyi naminə bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etməsində böyük rol oynayacaqdır.
Dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Faiz Mustafa Al-Sərrac
Liviya Milli Barışıq Hökumətinin başçısı