XXV Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransının iştirakçılarına

29 may 2018, 14:05

Hörmətli sərgi və konfrans iştirakçıları!

Sizi Bakı şəhərində XXV Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransının açılışı münasibətilə səmimi qəlbdən salamlayır, hamınıza cansağlığı və işlərinizdə müvəfəqiyyətlər arzulayıram.

Xəzəryanı regionda neft və qaz sahəsi üzrə ən mötəbər tədbir olan Beynəlxalq “Xəzər neft və qaz, neftayırma və neft kimyası” sərgi və konfransı bu il öz uğurlu fəaliyyətinin 25-ci ildönümünü qeyd edir.

Bünövrəsi 1994-cü ildə qoyularaq ümummilli liderimiz Heydər Əliyevin yeni neft strategiyasının başlanğıcı ilə eyni vaxta təsadüf edən ənənəvi tədbiriniz Xəzər regionunun və Azərbaycanın neft-qaz sektorunun inkişafında mühüm əhəmiyyətə malikdir. Həmin dövrdən etibarən Bakıda ardıcıl keçirilən sərgi və konfransların ölkəmizin müəllifi və bilavasitə iştirakçısı olduğu strateji layihələrin gerçəkləşdirilməsində, cəlbedici təşəbbüslərin beynəlxalq işgüzar dairələrə çatdırılmasında, dünya iqtisadiyyatına inteqrasiyanın sürətləndirilməsi və qlobal tərəfdaşlığın qurulmasında xüsusi rolu vardır.

Son illər bir sıra ölkələrdə qlobal böhranın özünü aydın büruzə verdiyi şəraitdə belə biz daxili potensialdan səmərəli istifadə yolu ilə həyata keçirdiyimiz düzgün iqtisadi strategiya sayəsində respublikamızın inkişaf tempinin saxlanılmasına nail olmuşuq. Nəticə etibarilə Azərbaycan iqtisadiyyatı qlobal böhrana qarşı yüksək dayanıqlıq nümayiş etdirmiş, iqtisadi artım dinamikası və sosial inkişaf səviyyəsini qoruya bilmişdir.

Hazırda Cənub Qaz Dəhlizinə daxil olan “Şahdəniz–2” və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, həmçinin TANAP və TAP layihələri ilə bağlı görülən işlər fasiləsiz şəkildə davam etdirilməkdədir. Şahdəniz–2” və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələri artıq yekunlaşmaq üzrədir. Yaxın zamanlarda TANAP layihəsinin Şahdəniz qazının Türkiyəyə çatdırılması üçün nəzərdə tutulan hissəsinin istifadəyə verilməsi təntənəli surətdə qeyd ediləcəkdir. 2020-ci ildə isə Azərbaycan qazı Avropaya nəql olunacaqdır.

Dünya miqyasında əsas enerji mənbələrinə nəzarət uğrunda rəqabətin gücləndiyi indiki mərhələdə Azərbaycan əlverişli coğrafi mövqeyinə, təbii ehtiyatlarına və zəngin potensialına arxalanaraq, digər ölkələrlə və eləcə də dünyanın tanınmış iqtisadi, maliyyə qurumları və şirkətləri ilə geniş əməkdaşlıq edir. Böyük həcmdə xarici investisiyaların respublikaya cəlb edilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması ölkəmizin iqtisadi siyasətinin əsas istiqamətlərindəndir.

İnanıram ki, mötəbər tədbiriniz qarşılıqlı münasibətlərin daha da dərinləşməsi baxımından əhəmiyyətli olacaq və fəaliyyətinizin gələcək illər üçün aparıcı inkişaf meyillərinin müəyyənləşməsinə töhfəsini verəcəkdir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 may 2018-ci il.

SƏNƏDLƏR Sərəncamlar 21 aprel 2025
16:40
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...

21 aprel 2025, 16:40
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2025
11:34
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan...

19 aprel 2025, 11:34
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2025
11:30
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 147-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

19 aprel 2025, 11:30
SƏNƏDLƏR Qanunlar 19 aprel 2025
11:28
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 6-cı bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda...

19 aprel 2025, 11:28
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2025
11:26
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 154-VIIQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7...

19 aprel 2025, 11:26