11:45
İlham Əliyev Asiya İnkişaf Bankının İdarə Heyəti Şurasının üzvlərini qəbul edib
22 iyun 2018, 16:50Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının (AİB) İcraçı Direktorlar Şurasının üzvü Kşatrapati Şivajinin başçılığı ilə bankın Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı 2015-ci ildə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının ölkəmizdə uğurla keçirildiyini və böyük önəm daşıdığını məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq bankın ölkəmizdə müxtəlif infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirakını yüksək qiymətləndirdi. Dövlətimizin başçısı ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlardan danışdı. Qeyd etdi ki, Azərbaycan “İnklüziv inkişaf indeksi”ndə 2018-ci ildə inkişaf etməkdə olan ölkələr arasında 3-cü, MDB ölkələri arasında isə 1-ci yerdədir. Prezident İlham Əliyev Davos İqtisadi Forumunun rəqabətqabiliyyətlilik hesabatı üzrə isə Azərbaycanın dünyada 35-ci, MDB ölkələri üzrə 1-ci yerdə olduğunu vurğuladı.
Ölkəmizin tranzit imkanlarına toxunan dövlətimizin başçısı nəqliyyat sektorunda irimiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycanın tranzit potensialının daha da artdığını, dəmir yollarının modernləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü vurğulayaraq Bakı-Tbilisi-Qars dəmir yolunun və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətini qeyd etdi.
Asiya İnkişaf Bankının İcraçı Direktorlar Şurasının üzvü Kşatrapati Şivajin dövlətimizin başçısını prezident seçkilərində qələbə qazanması münasibətilə təbik etdi. O, Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edərək Cənub Qaz Dəhlizinin reallaşmasını bu əməkdaşlığın yaxşı nümunəsi kimi dəyərləndirdi və bu dəhlizin çox mühüm layihə olduğunu vurğuladı. Qeyd etdi ki, dünyada həyata keçirilən bir çox layihələrdə əvvəlcədən nəzərdə tutulmuş maliyyələşmənin həcmi sonradan artdığı halda, Cənub Qaz Dəhlizinin icrasının gedişində isə əksinə, işlər səmərəli aparıldığından hətta əvvəlcədən nəzərdə tutulduğundan da az vəsait sərf olunub.
Kşatrapati Şivajin bildirdi ki, Azərbaycana səfərlərinin məqsədlərindən biri də ölkənin inkişaf ehtiyacları ilə daha yaxından tanış olmaq, bankın fəaliyyətinin səmərəliliyini daha da artırmaq üçün strateji istiqamətləri müəyyən etməkdən ibarətdir. O, dünyada gedən maliyyə-iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasını, ölkədə qazanılan iqtisadi uğurları və həyata keçirilən islahatları yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev seçkilərdə qələbə qazanması münasibətilə təbriklərə görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı “Cənub Qaz Dəhlizi” layihəsinin böyük hissəsinin icra olunduğunu vurğulayaraq, bu layihənin bütün Avrasiya uçun qlobal önəm daşıdığını dedi, “Cənub Qaz Dəhlizi” layihəsinə ilk dəstək verən beynəlxalq maliyyə qurumu kimi Asiya İnkişaf Bankının rolunu xüsusi qeyd etdi. Prezident İlham Əliyev, eyni zamanda, TANAP layihəsinin açılışının böyük əhəmiyyət daşıdığını dedi və bu layihənin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcəyinə əminliyini ifadə etdi.
Prezident İlham Əliyev Azərbaycanda qeyri-neft sahəsində genişmiqyaslı işlərin həyata keçirildiyini və ölkəmizin qarşısında böyük planların durduğunu dedi və bu istiqamətdə Asiya İnkişaf Bankı ilə gələcəkdə də uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.
Söhbət zamanı məşğulluq strategiyası ilə bağlı məsələlər müzakirə edildi.
Görüşdə, həmçinin bankın 2019-2023-cü illər üzrə strategiyası, Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
11:45
19:22
Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Zati-aliləri cənab İlham Əliyev.
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
“Azərbaycan Hava Yolları”nın sərnişin təyyarəsinin Qazaxıstan ərazisində...
17 yanvar 2025, 19:2217:17
15:50
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, möhtərəm İlham Heydər oğlu.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olan Azərbaycan...
17 yanvar 2025, 15:5014:08
13:33
12:55
Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin dekabrın 25-də faciəvi şəkildə qəzaya uğraması və 38 nəfərin ölümü, 29 nəfərin yaralanması ilə...
17 yanvar 2025, 12:5513:26
PDF yükləyin
16 yanvar 2025, 13:2613:24
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, “Rəqəmsal inkişaf sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli...
16 yanvar 2025, 13:2413:22
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...
16 yanvar 2025, 13:2211:30
16:54
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Keçən il dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində insanların həlak olması barədə...
15 yanvar 2025, 16:54