14:00
İlham Əliyev İsveçrənin federal müşavirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
09 iyul 2018, 10:30Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Ammannın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Ammann ölkəmizə səfərindən məmnunluğunu bildirərək dedi ki, gəlişlərində məqsəd Azərbaycanda gedən inkişaf prosesləri ilə tanış olmaqdan və ölkələrimiz arasında biznes əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı məsələləri müəyyənləşdirməkdən ibarətdir. Eyni zamanda, qonaq səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycanın “Bir kəmər, bir yol” layihəsində iştirakı ilə bağlı daha ətraflı məlumat almaqdan maraqlı olduğunu dedi. Yohan N.Şnayder-Ammann İsveçrə ilə Azərbaycan arasında Dünya Bankı və Beynəlxalq Valyuta Fondu çərçivəsində də uğurlu əməkdaşlığın həyata keçirildiyini dedi.
Qonaq TANAP layihəsinin fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdırdı. O, Prezident İlham Əliyevin hər il Davos İqtisadi Forumunda iştirakına görə minnətdarlığını bildirdi.
Ölkələrimiz arasında siyasi və iqtisadi sahədə əlaqələrin çox uğurla inkişaf etdiyini qeyd edən dövlətimizin başçısı əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu dedi. Prezident İlham Əliyev müxtəlif sahələrdə biznes əlaqələrinin genişləndirilməsi üçün də yaxşı imkanların olduğunu vurğuladı və bu baxımdan ayrı-ayrı infrastruktur layihələrinin həyata keçirilməsi, qarşılıqlı investisiyaların qoyulması sahəsində yaxşı təcrübənin olduğunu dedi. Yohan N.Şnayder-Ammann ilə Davosda görüşünü xatırlayan Prezident İlham Əliyev bildirdi ki, onun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə bu səfəri əlaqələrimizin genişləndirilməsi işinə öz töhfəsini verəcək və əməkdaşlığımız bundan sonra da genişlənəcək. Prezident İlham Əliyev əminliyini ifadə etdi ki, Azərbaycan iqtisadiyyatı gələcək illərdə də daha da inkişaf edəcək, ölkəmiz xeyli sayda sənaye və infrastruktur layihələrinin həyata keçirilməsini planlaşdırır və Azərbaycan bu işlərdə İsveçrə şirkətlərinin iştirakında maraqlıdır.
Söhbət zamanı qeyd olundu ki, İsveçrə-Azərbaycan Bakıda keçirilən Biznes Forumu və orada həm İsveçrədən, həm Azərbaycandan böyük sayda biznes nümayəndələrinin iştirakı iqtisadi əməkdaşlığımızın genişləndirilməsi işinə öz töhfəsini verəcək.
Görüşdə ölkələrimiz arasında ticarət, investisiya, nəqliyyat, səhiyyə, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
14:00
13:58
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda...
28 noyabr 2024, 13:5811:04
Hörmətli cənab Prezident,
Timor-Leste Demokratik Respublikasının milli bayramı – Müstəqilliyin Elan Edilməsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi çatdırıram.
Son dövrdə Azərbaycan ilə...
28 noyabr 2024, 11:0411:02
Hörmətli cənab Prezident,
Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
COP29-da iştirak etmək üçün...
28 noyabr 2024, 11:0211:00
Hörmətli cənab Prezident,
Albaniya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Xoş ənənələr...
28 noyabr 2024, 11:0015:35
PDF yükləyin
27 noyabr 2024, 15:3515:33
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7...
27 noyabr 2024, 15:3315:29
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci və 12-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa...
27 noyabr 2024, 15:2915:26
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azad Sevindik oğlu Novruzov Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilsin. ...
27 noyabr 2024, 15:2615:24
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilsin. ...
27 noyabr 2024, 15:2415:22
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Siyavuş Əşrəf oğlu Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilsin. ...
27 noyabr 2024, 15:2213:49
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...
26 noyabr 2024, 13:49