Tofik Ağahüseynovdan, Bakı, Azərbaycan
Tofik Ağahüseynovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Hörmətli Birinci vitse-prezident.
Respublikamızın veteranları Sizin müharibə iştirakçılarının və şəhid ailələrinin sosial problemlərinə göstərdiyiniz diqqət və qayğınızı daim hiss edirlər. Biz avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri veteranları, Çernobıl əlilləri və şəhid ailələri üçün mənzillərin və avtomobillərin təqdim olunması kimi növbəti genişmiqyaslı aksiyanın həyata keçirilməsindən böyük təəssürat aldıq.
Sizin bu mərasimdə şəxsən iştirakınız, mənzillərdə yaradılmış şəraitlə tanış olmağınız, veteranların ünvanına dediyiniz səmimi, həvəsləndirici sözlər bizdə böyük məmnunluq doğurdu. Bilirik ki, son iyirmi yeddi il ərzində şəhid ailələrinə, müharibə veteranlarına dövlət tərəfindən 5500-dən çox mənzil, təxminən altı min minik avtomobili təqdim edilib və bu ilin sonuna qədər daha 500 insan mənzillərlə təmin olunacaq.
Sizin tərəfinizdən qəbul edilmiş, müharibə veteranlarının və şəhid ailələrinin də cəlb olunacaqları genişmiqyaslı özfəaliyyət proqramları bizi ruhlandırır. Bu, respublikamızdakı sosial vəziyyəti daha da yaxşılaşdıracaq.
Hörmətli cənab Prezident, bütün bunlara görə Sizə çox minnətdarıq. Biz veteranlar Sizin müdrik rəhbərliyinizlə gənc nəslin gələcəyinə, xoşbəxt taleyinə inanırıq.
Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti adından dərin hörmətlə,
Ağahüseynov Tofik, general-polkovnik.
Azərbaycan Respublikası, Bakı şəhəri.