06 sentyabr 2018, 15:30

Rasif Əskərovdan, Lənkəran, Azərbaycan

Hörmətli Mehriban xanım.

Mən I qrup əliləm. Ürəyimdəki anadangəlmə qüsurun müalicəsi ilə bağlı Sizə müraciət etmişdim. Sizin tapşırığınızla məni müayinə etdilər, ürək damarlarıma stent qoymağı məsləhət gördülər. Daha sonra ürəyimdən əməliyyat olundum. Bir müddət sonra stent də qoyulacaq.

Hörmətli Mehriban xanım, buna görə Sizə minnətdarlığımı bildirirəm. Əvvəllər ümidsiz idim, köməksiz olduğumu düşünürdüm. Amma indi gördüm ki, Sizin kimi xeyirxah, kimsəsizlərin ümidi və hamımızın pənah gətirə biləcəyimiz anamız və güclü dövlətimiz var. Belə dövləti olan xalq xoşbəxtdir. İndi yaşamağa ümidim artıb və bundan fərəh hissi duyuram. Bütün bunlara görə Sizə və cənab Prezidentimizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Əskərov Rasif.

Azərbaycan Respublikası, Lənkəran rayonu, Liman şəhəri.