İlham Əliyev Serbiyanın xarici işlər naziri Vuk Yeremiçi qəbul etmişdir

01 sentyabr 2011, 15:00
İlham Əliyev Serbiyanın xarici işlər naziri Vuk Yeremiçi qəbul etmişdir

Prezident İlham Əliyev Serbiya Respublikasının xarici işlər naziri Vuk Yeremiçi qəbul etmişdir.

Dövlət başçısı Azərbaycan ilə Serbiya arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğuladı. Serbiya Respublikasına səfərini xatırlayan Prezident İlham Əliyev bu səfərin əlaqələrimizin inkişafında əhəmiyyətli mərhələ olduğunu dedi. Qarşılıqlı səfərlərin önəmini qeyd edən dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi.

Xarici işlər naziri Vuk Yeremiç Serbiya Prezidenti Boris Tadiçin salamlarını dövlət başçısına çatdırdı. O, Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfərini tarixi səfər adlandıraraq bunun ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafında yeni səhifə açdığını qeyd etdi. Ölkələrimiz arasında güclü siyasi əlaqələrin mövcud olduğunu vurğulayan nazir Serbiya Prezidentinin tapşırığı ilə ölkəmizə səfər etdiyini, əlaqələrimizin digər sahələrdə də inkişaf etdirilməsi ilə bağlı Azərbaycanın müvafiq strukturları ilə müzakirələr aparacağını dedi.

Dövlət başçısı Prezident Boris Tadiçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Serbiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

SƏNƏDLƏR Fərmanlar 07 fevral 2025
15:39
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” 2016-cı il 6 oktyabr tarixli 1066 nömrəli Fərmanında və “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” 1997-ci il 30 aprel tarixli 560 nömrəli, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan...

07 fevral 2025, 15:39
SƏNƏDLƏR Sərəncamlar 07 fevral 2025
15:37
A.R.Əliyevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin...

07 fevral 2025, 15:37
SƏNƏDLƏR Sərəncamlar 07 fevral 2025
15:35
A.R.Əliyevin Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini...

07 fevral 2025, 15:35
SƏNƏDLƏR Fərmanlar 07 fevral 2025
13:10
“Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                    

1. Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin Klinikası” publik hüquqi...

07 fevral 2025, 13:10
SƏNƏDLƏR Fərmanlar 06 fevral 2025
15:58
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

06 fevral 2025, 15:58
SƏNƏDLƏR Sərəncamlar 06 fevral 2025
15:52
S.R.Babayevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                                             

Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial...

06 fevral 2025, 15:52
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
17:24
M.B.Babayevin Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                         

Muxtar Bahadur oğlu Babayev Azərbaycan...

05 fevral 2025, 17:24
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
17:22
M.B.Babayevin Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                                     

Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər...

05 fevral 2025, 17:22