02 oktyabr 2018, 13:50

Oruc Cabbarovdan, Ağdam, Azərbaycan

Hörmətli Mehriban xanım.

Mən II qrup Qarabağ müharibəsi əliliyəm. Qarabağ uğrunda gedən bir çox döyüşlərdə, o cümlədən Xocalı şəhərinin müdafiəsində yaxından iştirak etmişəm.

Uzun zaman idi ki, başımdakı ağırlardan əziyyət çəkirdim. Bir neçə dəfə əməliyyat olunmağıma baxmayaraq, səhhətimdə heç bir müsbət irəliləyiş olmurdu. Mən yenidən əməliyyat olunmalı idim, amma buna maddi imkanım yox idi. Sizə müraciət etdikdən sonra qısa zamanda mənə kömək göstərildi və başımda yenidən əməliyyat aparıldı. Allaha şükürlər olsun, indi özümü yaxşı hiss edirəm.

Hörmətli Mehriban xanım, buna görə Sizə dərin minnətdarlığımı bildirirəm. Allah köməyiniz olsun.

Hörmətlə,

Cabbarov Oruc.

Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi.