05 sentyabr 2011, 18:00

Medeya Yunusovadan, Lisburn, Böyük Britaniya

Azərbaycanın əziz Prezidenti İlham Əliyev!

Bu məktubu Sizə ona görə yazıram ki, 16 yaşında ilk dəfə Azərbaycanda olmuşam. Mən Latviyada doğulmuşam, lakin atam azərbaycanlıdır. İndi bütün ailəmiz Böyük Britaniyada yaşayır. Bu il yayda biz Gədəbəydə və Sumqayıtda yaşayan doğmalarımıza baş çəkdik. Biz Bakıda da olduq. Bakı çox gözəl şəhərdir! Mən Azərbaycanı və onun insanlarını sevirəm Azərbaycanın necə inkişaf etdiyini mən yalnız uzaqdan müşahidə edə bilirəm. Əgər Azərbaycan vətəndaşları səy göstərsələr o, dünyada ən yaxşı ölkələrdən biri olacaqdır. Təəssüf ki, mən və balaca qardaşım Azərbaycan dilində danışmırıq, lakin biz bu dili öyrənirik və hesab edirəm ki, onu öyrənmək çox asandır. Ola bilsin ki, gələcəkdə tamam Bakıya köçək. Biz öz ölkəmizlə çox fəxr edirik. Bu ölkənin çiçəklənməsi üçün göstərdiyiniz səyə görə, Sizə və Sizin ailənizə çox minnətdarıq. Biz bunu çox yüksək qiymətləndiririk, çox sağ olun.

Hörmətlə,

Yunusovlar ailəsi adından

Medeya Yunusova
Böyük Britaniya, Lisburn.