11:45
İlham Əliyev İsveçrənin dövlət katibini qəbul edib
30 oktyabr 2018, 11:40Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiya üzrə dövlət katibi Mauro Dell’Ambrogionu qəbul edib.
Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın yeni sahələri əhatə etməsindən məmnunluğunu bildirərək qeyd etdi ki, əgər əvvəllər iqtisadi əlaqələr enerji, investisiya, tikinti materialları sahələrində inkişaf edirdisə, hazırda tərəflər əməkdaşlıq istiqamətlərinin şaxələndirilməsində maraqlıdırlar.
İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Ammanın ölkəmizə builki səfərinin uğurla keçdiyini vurğulayan Prezident İlham Əliyev Mauro Dell’Ambrogionun Azərbaycana bu səfərinin də əlaqələrimizin inkişaf etdirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi. Təhsil, innovasiya istiqamətlərinin ölkəmiz üçün prioritet təşkil etdiyini deyən Prezident İlham Əliyev bu baxımdan dünən Şəki şəhərində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 15-ci mərkəzinin açılışında iştirak etməsini məmnunluqla qeyd etdi.
İsveçrənin texnologiyalar sahəsində çox yaxşı təcrübə qazandığını vurğulayan Prezident İlham Əliyev bu sahədə də əlaqələrimizin inkişafı üçün yaxşı imkanların olduğunu dedi.
İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiya üzrə dövlət katibi Mauro Dell’Ambrogio ölkəmizdə keçirdiyi görüşlər barədə dövlətimizin başçısına məlumat verərək Təhsil Nazirliyində ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığa dair Saziş imzaladıqlarını və ADA Universitetində olduqlarını məmnunluqla qeyd etdi. O, bu səfəri çərçivəsində Azərbaycan-Fransız Universitetində (UFAZ) mühazirəsi zamanı da elm və təhsil sahələrinin inkişafının və bu sahədə əməkdaşlığın önəmi barədə danışdığını dedi. Turizm sahəsində əməkdaşlığa toxunan Mauro Dell’Ambrogio İsveçrə Turizm Təşkilatı ilə Azərbaycan Turizm Agentliyi arasında imzalanan Sazişin mühüm əhəmiyyət daşıdığını vurğuladı, bu sahədə əməkdaşlığın genişləndirilməsində ölkələrimiz arasında birbaşa aviareyslərin açılmasının önəmini qeyd etdi.
Görüşdə iqtisadiyyat, turizm, təhsil, o cümlədən peşə təhsili sahələrində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıldı.
11:45
19:22
Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Zati-aliləri cənab İlham Əliyev.
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
“Azərbaycan Hava Yolları”nın sərnişin təyyarəsinin Qazaxıstan ərazisində...
17 yanvar 2025, 19:2217:17
15:50
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, möhtərəm İlham Heydər oğlu.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olan Azərbaycan...
17 yanvar 2025, 15:5014:08
13:33
12:55
Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin dekabrın 25-də faciəvi şəkildə qəzaya uğraması və 38 nəfərin ölümü, 29 nəfərin yaralanması ilə...
17 yanvar 2025, 12:5513:26
PDF yükləyin
16 yanvar 2025, 13:2613:24
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, “Rəqəmsal inkişaf sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli...
16 yanvar 2025, 13:2413:22
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...
16 yanvar 2025, 13:2211:30
16:54
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Keçən il dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində insanların həlak olması barədə...
15 yanvar 2025, 16:54