11:45
İlham Əliyev Mərakeşin inzibati islahatlar və dövlət qulluğu nazirini qəbul edib
30 oktyabr 2018, 12:30Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd bin Abdelkaderi qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında münasibətlərin yaxşı inkişaf etdiyini bildirərək, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində həmişə bir-birini dəstəklədiyini vurğuladı. İqtisadi, regional inkişaf sahələrində də yaxşı nəticələrin olmasının zəruriliyini qeyd edən Prezident İlham Əliyev Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd bin Abdelkaderin Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrə müsbət təsir göstərəcəyinə və ölkəmiz haqqında daha ətraflı məlumat alması işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.
Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd bin Abdelkader qeyd etdi ki, Azərbaycan Prezidenti ilə görüşü ölkələrimiz arasında mövcud olan gözəl münasibətlərin daha da inkişaf etdirilməsinin yaxşı bir nümunəsidir və siyasi iradənin təzahürüdür. Ölkəsinin də Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyən Məhəmməd bin Abdelkader bildirdi ki, Azərbaycan Prezidentinin səyləri və rəhbərliyi sayəsində ölkəmiz davamlı inkişafa nail olub və Azərbaycanın əldə etdiyi nailiyyətlər Mərakeş Kralı Əlahəzrət VI Məhəmməd və Mərakeş xalqı tərəfindən böyük iftixarla qəbul olunur. Qonaq, eyni zamanda, dünya əhəmiyyətli mühüm tədbirlərin, o cümlədən Bakı Humanitar Forumu, Avropa Oyunları, Avroviziya mahnı müsabiqəsi, İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda uğurla keçirilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Mərakeş Krallığı arasında imzalanmış Memorandumun əhəmiyyətindən danışıldı, Azərbaycanın bu sahədə təcrübəsinin Mərakeşdə tətbiq olunmasının önəmi qeyd olundu. Söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin çox yaxşı tarixə malik olduğu vurğulandı, iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi qeyd edildi.
Məhəmməd bin Abdelkader bildirdi ki, Azərbaycan Mərakeşin ərazi bütövlüyünü dəstəklədiyi kimi, öz növbəsində, Mərakeş də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
11:45
19:22
Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Zati-aliləri cənab İlham Əliyev.
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
“Azərbaycan Hava Yolları”nın sərnişin təyyarəsinin Qazaxıstan ərazisində...
17 yanvar 2025, 19:2217:17
15:50
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, möhtərəm İlham Heydər oğlu.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olan Azərbaycan...
17 yanvar 2025, 15:5014:08
13:33
12:55
Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin dekabrın 25-də faciəvi şəkildə qəzaya uğraması və 38 nəfərin ölümü, 29 nəfərin yaralanması ilə...
17 yanvar 2025, 12:5513:26
PDF yükləyin
16 yanvar 2025, 13:2613:24
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, “Rəqəmsal inkişaf sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli...
16 yanvar 2025, 13:2413:22
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...
16 yanvar 2025, 13:2211:30
16:54
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Keçən il dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində insanların həlak olması barədə...
15 yanvar 2025, 16:54